Page 152 - tomas
P. 152
as Vulf

– “Arvadım ağacdan verdi, mәn dә yedim1”. Elә belәdi,
oğlum. Onların vәzifәsi bundan ibarәtdi. – dayım coşmuş halda
mәnә sarı döndü. – Yoldan çıxarandı, – hisslәrin gәrginliyindәn
batmış titrәk sәsiylә dillәndi. – Yasaq meyvәni verәndi. Şeytanın
göndәrdiyidi. Lap әvvәldәn bircә şey bilirlәr: ağlı bulandırmaq,
insan oğlunun ruhunu ali yollardan sapdırmaq, әxlaqını pozmaq,
pis yola çәkmәk, sonra mәhv elәmәk! Bunlar onun qәlbinin,
ağlının mübhәm guşәlәrinә alma qurdu tәki asta fısıltıyla daxil
olur, ilan hiylәgәrliyiylә, tülkü hәrәkәtiylә әn müqәddәs duyğu-
larında yer tuturlar. Oğlum, qadın yalnız buna görә mövcuddu.
O, başqa cür dә olmayacaq! – sonra sirli görkәm alıb acıqla
pıçıldadı. – Ehtiyatlı ol! Ehtiyatlı ol! Aldanma!

Artıq bir dәqiqә sonra dayım sakit, diqqәtli görkәm almışdı,
yad adam barәdә danışan kimi rahat, hәtta cırnadan tәrzdә, elә
bil itә sümük ata-ata dillәndi:

– Etiraf elәmәk gәrәkdi ki, sәnin bibin әmәlli-başlı intellektә
malik idi – şübhәsiz, qadına mәxsus hüdudlarda. İndi ağlı hәminki
deyil. Onunla danışmıram, – etinasız tәrzdә dedi. – Ona fikir
vermirәm. Mәncә, deyirdi ki, bazar günü bizә gәlmәk istәyirsәn.
Bilmirәm. Bibinin hansı planları olduğunu deyә bilmәrәm. Mәnim
öz maraqlarım var, onun öz planları. Musiqi, heç olmasa… Bәli,
ser, musiqi hәmişә onunladı, – nifrәtamiz etinasızlıqla söylәyib,
nәzәrlәrini daraqlanmış barmaqları üzәrindәn irәli zillәyәrәk,
bibimi beynindәn çıxardı.

Amma o da gәnc olmuşdu, o da әzab çәkmişdi, o da ağlını
itirmәk dәrәcәsinә çatmışdı axı. O da acı mәhәbbәt piyalәsini
içmәli olmuşdu. Bunu mәnә bibim özü dedi, dayım da inkar
elәmәdi. Bol yemәyin qızğın vaxtında bibim qәfildәn masanın
üzәrindәn yırtıcı kimi mәnә sarı uzandı, dәlisov, aydın baxışlarıyla
sifәtimi qarsaladı, elә hәmin mәqamda hәdә-qorxunu da atdı:

– Ehtiyatlı ol, Devid, özünü qoru, oğlan: sәn onların
cinsindәnsәn. Dәrd elәmә! Dәrd elәmә! Hәr şeyi ürәyә yaxın bu-
raxmaq olmaz, – dәlicәsinә parıldayan qocafәndi işıqlı nәzәrlәriylә

1Bibliya. Varlıq, fәsil 3–4

152
   147   148   149   150   151   152   153   154   155   156   157