Page 151 - tomas
P. 151
Baskom Hokun portreti

– Adamları dәrk elәmәyә yardım göstәrәn kimdi? – sifәtini
qorxunc tәrzdә dondurub bic-bic pıçıldadı. – Şair deyә bilәrmi
ki, qadın? Mәn sәndәn soruşuram: qadın?! Elә şey yoxdu! –
qışqırdı. O deyir: “insan”. Yәni “kişi”.

Baskom tәzәdәn susdu, sonra zәhlәtökәn kinayәylә dillәndi:
– Bibin musiqini çox sevir. Özün dә bilirsәn.
Doğrudan da, musiqi dayım arvadının hәyat sevinciydi. Daim
qızlarından hansınınsa bağışladığı balaca patefonda, sanki sehrli
meşәdә, xırıltılı valtornların arabir zәif-zәif hürdüyü geniş, aydın
cığırda tәk-tәnha böyük bәstәkarların, daha çox Vaqnerin әsәrlәrinә
qulaq asırdı. Bәzәn bazar günlәri divarlarında ölgün-solğun yunan
gipslәri olan yarıqaranlıq zalda dümdüz, dil tökәn ilan qarşısındakı
sәrçә kimi donub oturur, hәr yeni mәtlәbә diqqәt yetirir, fleytaların,
valtornların prelüdlәrini hәssaslıqla ayırd elәyir, skripkaların sәsi
qalxanda kürәyi buza dönür, tәnha, boşalmış hәyatı sap kimi
yüngüllәşir, bayramsayağı mahiyyәt kәsb elәyirdi.
– Bibin musiqini sevir, – Baskom düşüncәli-düşüncәli
tәkrarlayırdı. – Bәlkә dә, düşünürsәn ki… bәlkә dә, sәnә elә
gәlir ki, onun xidmәti… sәndә belә fikir oyana bilәr ki, bibinin
musiqiyә müstәsna haqqı var… Yox! Ah, oğlum! – Onun bir
qәdәr uzaq sәsi mәnә çatırdı. – Belә düşünürsәnsә, sәhv elәyirsәn…
De görüm! – nәzәrlәriylә zәhlәtökәn tәrzdә, kinayәylә, astaca
mәnә sarı döndü. – De görüm: “Beşinci simfoniya” var ha, onu
qadın yazıb? Bibinin pәrәstiş elәdiyi Rixard Vaqner qadındı?
Qәtiyyәn yox! – dayım nәrildәdi. – Onların şedevrlәri, qüdrәtli
simfoniyaları, böyük rәngkarlıq әsәrlәri, epik şeirlәri hanı? Mәgәr
“Saf ağılın tәnqidi” qadın beynindә yaranıb? Mәgәr Sikstin ka-
pellasının qübbәlәrini qadın dühası elә mәharәtlә bәzәyib? Bәlkә,
Uilyam Şekspir adlı qadın barәdә eşitmisәn? “Kral Lir”i dә
qadın yazıb? Yaraşıqlı alman qadın frölayn Höte әlinә şeir götü-
rüb? Bәlkә, sәni madmazel Volter, yaxud miss Conatan Sviftin
әsәrlәri maariflәndirib? Hm-hm-hm?
O, daraqlanmış әllәrinin üzәrindәn nәyәsә diqqәtlә baxa-
baxa susdu, sonra da asta-asta, aydın tәrzdә dillәndi:

151
   146   147   148   149   150   151   152   153   154   155   156