Page 154 - tomas
P. 154
as Vulf
Evlәnәndәn dәrhal sonra qısqanclığın qara iblisi dayıma bir-
iki il әziyyәt verdi. Qısqanclıq onun dünyasını boğucu, mәhvedici
duman tәki qaraltdı, pis zәhәr kimi damarlarına işlәdi, qanına
axıb qarışdı, qәlbini zәhәrlә qidalandırdı, beyninin qırışlarına
hopdu, onu nifrәtlә yeyib tükәtdi, yıxdı, hәyatını cәhәnnәmә
döndәrdi, dağıtdı. Dayımın arıqlayıb bir dәri, bir sümük qalmış
bәdәni tamam tükәndiyi barәdә fәryad qoparır, qısqanclıq, qorxu
qurd kimi içalatını yeyib-dağıdır, hәyatının gücü, bütövlüyü
ildırımsürәtli, alovlu hәmlәyә çevrilirdi. Hәr şey – sağlamlıq, iş,
ağıl – son nöqtәsinә çatanda isә qısqanclıq elә qәfildәn dә
yaxasını buraxdı, hәyat eqoizmin mәhrәm çeşmәsindәn uçub-
getdi, dayım arvadına biganәlәşdi, ona marağını itirdi, onu unut-
du.
O әzabkeş qadınsa özünü kәhrәba kimi işıldayan baxışlar
qarşısında yerә sinmiş pәlәngin nәzәrlәri altında donub-qalmış
dovşan kimi hiss elәyirdi – hәmin pәlәng ya atılıb pәncәsiylә vu-
racaq, ya da çıxıb gedәcәkdi. Dayımın duyğularının qәzәbli
partlayışı, kor-koranә, ağılsız qısqanclığı bibimi sarsıtmış,
sındırmışdı. Sonrakı illәrdә dә heç nә anlamır, özünü tәhqir
olunmuş sayırdı. Axırda da qәfil soyuduğuna görә әrinә acığı
tutdu. Dayım arvadına qarşı o qәdәr etinasız olmuşdu ki, hәftәlәrlә
onu yadına salmır, eyni dam altında yaşaya-yaşaya bibimin
varlığını güclә dәrk elәyir, öz fikirlәriylә tәk-tәnha taqqıltı sala-
sala, anlaşılmaz qarğışlar yağdıra-yağdıra, sobanın qapısını
cırıldada-cırıldada, çiy yemәyini hәvәslә doğraya-doğraya evdә
vurnuxurdu. Arvadı hay verәndә isә әsәbi halda onun sözünü
kәsirdi:
– Nә? İlahi, sәn nә danışırsan?
Sonra ağır-ağır addımlayır, qapalı halda öz dәrd-sәrinә dalırdı.
Ümumdünya sui-qәsdi dayımın üzәrindә qәlәbәni bayram elәyәndә,
Allah kiminsә onu әlә salmasına imkan verәndә döşәmәdә
dığırlanır, dabanlarıyla divarı döyәclәyir, uzaqlaşan sәmaya
lәnәtlәr yağdırırdı.
Uşaqlar çıxıb gedәndәn sonra Luiza boşalmış kiçik evdә
Vaqnerin valını qoyur, tәmizlik işlәrinә başlayırdı. Hәtta qazanları,
154