Page 155 - tomas
P. 155
Baskom Hokun portreti

sapılcalarlı qaşıyanda, sürtәndә belә, onlarla öcәşmәyә öyrәşmişdi.
Qab yerә düşәndә mütlәq onu yamanlayır, yerdәn götürüb “Ah,
nadinc! Ah, yaramaz!” deyә-deyә arxasına vururdu. Әgәr hәmin
vaxt Baskom evdә filsayağı gәzirdisә, onda bibimin monoloquna
gülüş qarışırdı: o, qazanlarının üzәrinә әyilib axırı asta fәryada
çevrilәn şirin qaqqıltıyla gülür, sonra tәәssüflә başını bulayır,
tәzәdәn gülmәyә başlayırdı, amma nәyә güldüyünü soruşsan,
demәyә söz tapmayacaqdı.

Әlbәttә, ağlıma gәlmirdi ki, bir axşam patefonun dәstәyini
fırladıb Filadelfiya simfonik orkestrinin ifasında “Valkiriyaların1
valsı”nı qoyanda Baskom öz otağında monoloq söylәyә-söylәyә
çeçәyәcәk. Çılğınlaşmış dayım ilk sarsıntıdan özünә gәlib bәdxah
cihaza tәrәf cumdu; cihaz astadan çalsaydı, yaxşı olardı, amma
onun sәsindәn gur çıxırdı axı. O, yarı yolda dәrhal vәziyyәti
dәyәrlәndirib ayaq saxladı: çünki cihazın yanında Luiza fәryad
dolu qaqqıltı çıxara-çıxara dayanmışdı, gülüşdәn pıqqıldayır,
bic-bic әrinә baxırdı. Qәfildәn gördü ki, bibimin әlindә iri
әldәqayırma bıçaq var. Dayım bağırıb öz otağına atıldı, qapını
bağladı, var-gücüylә qışqırdı:

– Ana! Ana! Qoyma!
Bu әhvalat Luizanı çox әylәndirdi. O, hәr dәfә gülmәkdәn
boğulur, ciyiltili sәslә qaqqıldayır, hәmin valı dönә-dönә qoyurdu.
Luiza gülmәkdәn, az qala, partlayırdı.

***

Sәhәri Baskom sәssiz-sәmirsiz işә gedәndә Luiza güzgüyә
sarı yönәldi. Özünә uzun-uzadı, diqqәtlә baxandan sonra dillәndi:

– Bircә dәli olmağım qalıb.
Әlli yaşında olan bu qadının solğun, quşsayağı nazilmiş sifәti
vardı, aydın gözlәri altındakı qızarmış göz qapaqları torbalanmışdı,
başı tamam ağarmış, sifәti tamam qırış-qırış olmuşdu. “Bircә

1Valkiriya – Skandinav mifologiyasında müharibә pәrisi

155
   150   151   152   153   154   155   156   157   158   159   160