Page 156 - tomas
P. 156
as Vulf

dәli olmağım qalmışdı” – öz-özünә dedi, sonra psixologiyanı
öyrәnmәyә başladı.

Uilyams Ceymsin, professor Uilyam Makduqallın nәşr olunmuş
bütün әsәrlәrini oxudu. Bir neçә jurnala abunә yazıldı, özü dә
kitab yazdı. Amma naşirlәr onun “Psixoanalizin cәrrahiyyәsi”
әsәrini çıxdaş elәdilәr.

– Mәn bir әsr qabağa qaçmışam, – dayım qızlarından birinә
izah elәyirdi.

Bibimin hәyatı öz mәnasını tapdı. Әlinә panaseya1 düşdü:
tezliklә özünü inandırdı ki, tamamilә normal adamdı, Baskom
isә әmәlli-başlı dәlidi.

Amma arabir köhnә kin, әvvәlki çaşqınlıq da üzә çıxırdı,
hәrdәnbir әrinin ona bağlılığını da, hәtta qısqanclıqdan ağlını
itirmәsini dә acı tәәssüflә xatırlayırdı.

Bibim onda әsl hәqiqәti söylәdi. Evlәnmәlәrinin üçüncü
ilindә, ilk uşaqları doğulanacan cavan әrini şeytanlar әhatә elә-
yirdi. Hәyatında ilk dәfә onun әcaib eqoizmi öz müvazinәtini
itirdi, Baskomun astarı üzünә çevrildi, әtraf alәm dayıma yalnız
yöndәmsiz tәrәflәriylә görünmәyә başladı. İçindә coşub-daşan
sahiblәnmәk şeytaniliyi, sahiblәndiyinin bütün dünyada tayı-
bәrabәri olmadığına inam Baskomu bu fikrә gәtirib çıxardı ki,
qiymәtli bir şeyini oğurlamaq üçün ona qarşı ümumdünya kişilәr
sui-qәsdi mövcuddu. Luiza gözәl, yaraşıqlıydı, kişilәr ona
baxırdılar, bunu görәn Baskomsa dәrhal ağlını itirirdi.

O, İllinoys şәhәrciklәrinin birindә keşiş vәzifәsinә tәzәcә
başlayan vaxtda, moizәnin әn qızğın mәqamında camaatın arasında
arvadının sifәtini görәrkәn rәngi әmәlli-başlı bozarır, çaşır,
kafedranın qıraqlarından yapışıb başını aşağı salırdı, elә bil onu
gicәllәndirirdilәr. Özünә gәlib qırıq-qırıq sәslә dilini sürüyürdü,
amma artıq ruhu yaralı heyvan kimi çırpınır, qarnı xoşagәlmәz
tәrzdә soyuyur, ürәyini zәhәrlәnmiş çanaq sıxır, minlәrlә dәhşәtli,
sәfeh şübhәlәr bir anda beyninә vururdu. Baskom nә fantastik
uydurmalarda, nә mücәrrәd gümanlarda hüdud tanıyır, beyni

1panaseya – yalançı kimyagәrlәrdә guya bütün xәstәliklәri sağaldan
dәrman

156
   151   152   153   154   155   156   157   158   159   160   161