Page 161 - tomas
P. 161
Baskom Hokun portreti
o, hәmin hissdәn lәzzәt alır, arvadını yeni xәyanәtlәrә tәhrik
elәyir, ondan nifrәt qoparırdı – indi hәmin adamın bütün hәyatı
xәstәliyindәydi. Budur, hamısı yaşlanıb, quruyublar. Mehriban,
balacalaşmış üzlәrini bir-birinә tutaraq, nifrәt bәslәmәyi, sevmәyi,
arzulamağı, әzab çәkmәyi yadırğamış nәzәrlәriylә baxır, çox
mәnasız şeylәri xatırlayıb astadan gülürdülәr.
Onlar artıq fәrqlәnmәk, birinci olmaq istәmirdilәr. Onları
hiddәt döyәclәmir, qısqanclıq didib-dağıtmırdı. Onlarda rәqiblәrinә
qarşı qısqanclıq yox idi, şöhrәt arzusu yox idi, iş o adamlardan
ötrü mәnasını itirmişdi, özlәri üçün heç nә gözlәmirdilәr. Qaranlıq
yerlәrdә dolaşmır, barmaqlarını qanı axanacan divara sürtmürdülәr.
Yataqlarında utancdan qurdalanmır, nәhs, kәdәrli günlәri lәnәtlәmir,
titrәyәn barmaqlarıyla mәlәfәlәri didmirdilәr. Bәlkә, bütün bunlarla
yanaşı, dillәri dә yox olmuşdu? Yaddaşları itmişdi?
Qocalar niyә susurlar? Axı ağrını, ölümü, dәliliyi görüblәr,
amma cansıxıcı söhbәtlәr elәyirlәr. O qocalar düzәnliklәri,
vәhşilәşmiş diyarları, öldürülәnlәrinin cavabsız halda torpağa
hopan qanını görüblәr. Bütün bunlar – ehtiras, ağrı, qürur, milyon-
larla qığılcım saçan qaynar hәyat hara yox oldu axı? Doğrudanmı
onların hamısı dillәrindәn mәhrum olublar? Xәyalıma o adamların
baxışlarındakı anlaşılmaz hiylәgәrlik, bәdxah niyyәt gәlirdi, elә
bil bizi kәdәrdәn, yanlışlıqdan qurtarmağın yolunu bilir, amma
öz sirlәrini faş elәmәk istәmirdilәr. Bәlkә dә, bәdxahlıqlarından
yox, qәflәt yuxusunda olduqlarına, darıxdıqlarına, etinasızlıqlarına
görә belә elәmişdilәr? Bәlkә, ona görә danışmırlar ki, heç nә
deyә bilmәzlәr? Bәlkә, hәtta yaddaşları da ölüb?
Bәli. Sözlәr boğazlarına yığışırdı, amma dillәri ölü idi.
Keçmiş onlardan ötrü ölmüşdü, bizim uzanan әllәrimizә dә bir
çimdik toz vә kül sәpirdilәr.
***
Quru sümüklәr, acı gül? Hәyat әlamәtlәri olan sәhra, sәssiz
son? Bәhәrsiz torpaq?
Hәmin sәhrada kimsәnin dodağı qımıldamayıbmı? Heç kәsin
gözlәri uçurumdan evinә gedәn balıqçını izlәmәyibmi? Çayın
161