Page 163 - tomas
P. 163
Baskom Hokun portreti

sәslәri dә, dünyasını dәyişәn adamların digәr ahәngdar, adi
sәslәrini dә, hәyat küçәlәrindә sәsi kәsilmiş milyonlarla addımının
sәsini dә eşidirdi. O, üstәlik, içindә hәr şeyin batdığı tutqun,
nadan zamanı da görmüş, dırnaqların, çarxların qәnbәr daşlar
üzәrindәki gurultusunu da duymuşdu, qaynar qanın hansı rәngdә
olduğunu bilirdi, vәhşiliyin, aclığın, qorxunun nә olduğundan
xәbәri vardı.

Doğrudanmı bütün bunların xatirәsi yox oldu?
Ona yüngülcә toxundum, әlimi çiyninә qoydum – tәrpәnmәdi.
Sәsi ötüb-getmiş, lal-kar olmuş keçmişdәn xışıldadı:
– Lap çoxdan…
Bu zaman dayımı tәk qoyub qalxdım, küçәyә çıxdım: oradasa
hava nәğmә oxuyur, qılıqlayır, milyonayaqlı kişi pәtәyi dumanlı
halda buxarlanır, gözәl qadınlar, qızlar tәcәssüm elәmiş musiqi
kimi yeriyirdilәr. Orada dәniz, dünya, güclü, vüqarlı, gursәsli
şәhәr vardı; orada zamanın bütün sәslәri vahid sәsә – bu,
nәğmәydimi, dua idimi, döyüş harayı idimi – qarışırdı. Mәn dә
şübhәni ilan kimi basıb әzirdim. Mәn dünyayla birlәşdim, onun
bir hissәsinә çevrildim – dünya da mәnim oldu. Min dәfәlәrlә
aşiq olacağam, bezәcәyәm, tükәnәcәyәm, yenә qәddimi düzәldә-
cәyәm, dikәlәcәyәm. Minlәrcә dәfә hәyat vә ölüm gerçәyi ilә
üz-üzә gәlәcәyәm. Amma sınmayacağam, bitmәyәcәyәm. İçimdә
elә bir sevgi var ki, ömrümün sonuna kimi yetәr. Lal әzab, acgöz
aclıq, çıxılmaz vәziyyәt, tәskinlik tapmayan arzu – belә şeylәr
mәni qorxutmur. Sevinc dolu inam qabarması duydum, mәnә elә
gәlirdi, hәr şeyә gücüm çatar. Buna görә dә qışqırdım:
– Mәnimdi! Hәr şey mәnim olacaq!

163
   158   159   160   161   162   163   164   165   166   167   168