Page 162 - tomas
P. 162
as Vulf
kәnarında heç kәsin qәlbi sevgi, yaxud nifrәtlә yanıb külә
dönmәyibmi? Yaxud, heç olmasa, burada, quma batmış paslı
millәri olan köhnә çarxın üzәrindә, bu at vә qadın kәllәlәrinin
üzәrindә yanmayıbmı? Burada sevmәyiblәrmi?
Mәgәr, milyon-milyon küçәdә tәnha addımlar sәslәnmәyib,
poladdan, daşdan ibarәt kisәdә qәlbi ucadan, qorxunc tәrzdә
qışqırmayıb, dәrәlәrdә dolaşan, çәnbәrә salınmış beyin gözә
dәymәyib? Doğrudanmı bu ucsuz-bucaqsız, ins-cinssiz torpaqda
ancaq toxumu bitirmәk vә yetişdirmәklә mәşğul olublar? Meşәyә
getmәk, sәhraların qumunu ayaqlamaq olmazmı? Milyon-milyon
dәfәlәrlә yemәk tәlәb elәmәk lazımdı? Doğrudanmı yalnız bunlar
var? Doğrudanmı doğulmaq, iyirmi min gün yalnız boğazını
yırtmaq lazım idi? Bәs sevgi? Onun sәsi bu sәhrada fәryad
qoparmırdı?
Kaş belә olaydı. Bax, yasәmәn kolu, onun altında sevgililәr
var, bir qәdәr uzaqda dәfnә meşәsi xışıldayır.
***
Qәfildәn ağlıma gәldi ki, әlimi dayımın üstünә qoysam,
barmaqlarımı ovcuna uzatsam, gücüm dә, gәncliyim dә ona
keçәr, yaddaşını hәyat atәşiylә alovlandıra bilәrәm, Baskomun
qoca qәlbini, heç olmasa, gәnc, güclü qәlbimlә yaşamağa mәcbur
elәyә bilәrәm, dayımı danışmağa mәcbur elәyә bilәrәm.
Mәn indiyәcәn kimsәnin kimsәylә elәmәdiyi söhbәtә can
atırdım, eşidilmәmiş şeylәri ona demәk, ondan eşitmәk lazım
idi. Onun gәncliyinin tutqunluqdan başqa – kasıblığı, tәnhalığı,
ümidsizliyi çıxmaqla – nәdәn ibarәt olduğunu öyrәnmәyә can
atırdım. Hәr halda, müharibә başa çatanda on yaşı tamam olmuşdu,
gözlәri qabağında kişilәr şöhrәtsiz-filansız, toz qaldıra-qaldıra
evlәrinә dağılışmışdılar, kandardan o tәrәfdә anlaşılmaz sözlәrini
deyirdilәr. Onların gözlәri qabağında çox qızmar yay yandıra-
yandıra keçmiş, çox buludlar qatı çәmәn yaşılının üzәrinә ötәri
kölgә salmış, budaqda sonuncu yarpaqlar dәfәlәrlә büzüşmüşdü.
Qoy çoxdan, lap çoxdan olsun, amma dayım Cәnubda itib-batmış
162