Page 164 - tomas
P. 164
rcümә: N.Əbdülrәhmanlı
H E K AY Ә L Ә R
ÖLÜM – MӘĞRUR BACI
Gecәnin siması, zülmәtin qәlbi, odun dili – mәn onun taleyindә
yaşayanların, qurdalananların, hәrәkәtә gәlәnlәrin hamısını
bilirdim. Gecәnin övladı, böyük ailәsindәki uşaqlardan biriydim,
gecәni sevәn adamların ürәklәrindәki hәr şey tanış idi. Onlara
çox yerdә rast gәlirdim, bir sözlәri dә, bir hәrәkәtlәri dә mәnә
yad deyildi. Uşaq vaxtı sәhәr qәzetlәrini paylayanda onları –
gecәlәr dolaşan, bir-biriylә әlaqәsi olmayan bu adamları şәhәrimizin
küçәlәrindә görürdüm. Onlar bәzәn tәk, bәzәn cüt, bәzәn üçlükdә,
dәyişmәz gecә gözәtçilәri kimi, şәhәrlәrin baş sәkilәrindә, adamsız
küçәlәrindә süzürlәr. Hazır paltar dükanlarının vitrinlәrindәki
donmuş manekenlәrin yanından ötür, ağ işığın bәrk qabarcıqlarının
salxımları altından keçir, uğuldamaq, astadan qeybәt elәmәk,
burunlarını, dodaqlarını, tüklü çәnәlәrini qәhvә parçının әtir
saçan oyuğuna soxmaq, yaxud bezgin sükutla zamanın durğun
külünü tәrpәtmәk üçün bir qәlyanaltıxanada batıb qalırlar.
Onların sifәtlәri, bir vaxtlar yorulub-usanmadıqları gecә
gәzintilәri indi yaddaşımdan yuxu qәribәliyi ilә üzә çıxır. O
adamlar nә istәyirdilәr? Bu bomboş, soyuq şәhәrciklәrdә minlәrlә
qapının yanından ötüb nә tapmağa ümid bәslәyirdilәr?
Onların ümidi, hәmin adamları gecәlәr oyadan tutqun nәğmәlәr –
adamlar lәzzәt ala-ala, gizlicә sevinә-sevinә yatdığı vaxtda
zülmәtdә yaşayan, qitәni dolduran hәr şey – qәlbimә hәkk
olunurdu. Amerikanın sirrini, әzәmәtini, ölmәz gözәlliyini kәskin
sәmimiyyәtlә dan yerinin saflığında, zәrifliyindә, sәhәrin işgüzar
işığında, qarğıdalının günortaçağı sükut dolu duruşunda, saat
üçdә çöllәrin yuxulu vızıltısı-cırıltısında, meşә diyarının sehrli
qızılı rәngindә, yaşıllığında, ibtidai lirikasında, toranlıqların
düşüncәli sakitliyindә – hәmin mәqamlar, hәmin işıqlar nә qәdәr
gözәl, dәbdәbәli olsalar da – duyur, görürdüm.
Tutqun ölkәni gecәnin – qaranlıq, vüqarlı, mübhәm gecәnin
dәrinliklәrindә tapdım: mәndәn ötrü gecәnin beynindә ucsuz-
164