Page 169 - tomas
P. 169
Ölüm – məğrur bacı

hәmin qanlı mәqamı acgöz, doyumsuz hәrisliklә dönә-dönә
tәzәdәn canlandırırdılar.

Şәhәrdә gördüyüm ilk ölüm bu cür baş verdi. Sonralar
qorxunc qan, beyin, parça-parça olmuş insan bәdәni yaddaşımda
az-çox solanda italyanın makaron bişirdiyi qanlı әzik qazanları
xatirimdә çox parlaq tәfәrrüatlarıyla qaldı: o qazanlar sәkiyә
necә dağılmışdı, polis nәfәri onları necә yığıb tığ vururdu. Çünki
sonralar mәnә elә gәlirdi, bu miskin, cansız әşyalar insan hәyatının
bütün tarixçәsini böyük riqqәtlә çatdırmağa, hәmin adamın öz
daxili hәrarәti, dostcanlılığı – onu dәfәlәrlә görmüşdüm – sayәsindә
hәyatdan xırım-xırda qәnimәtini qoparması barәdә, yad sәma
altında, nәhәng, etinasız şәhәrin ortasında әziyyәti, dözümü,
mәtanәti müqabilindә cüzi mükafat alması barәdә, bütün insanların
can atdıqları rahatlıq, azadlıq, sığınacaq, istirahәt barәdә, kiçik
olsa da, işıqlı arzuları barәdә, çalışıb-çapaladığı miskin işi barәdә
söz açmağa qadirdi.

Nәhәng, qorxunc şәhәrin bәrq vuran havasını qana bulayaraq
hәmin kiçik hәyatı vurub-yıxan dәhşәtli etinasızlığı da, zәrbәnin
başdansovdu istehzasını da, balaca yük maşınının üstünә aşaraq
italyanı öldürmüş iri furqonun gurultuyla üzәrindәn keçdiyi
hәmin әzik tәnәkә qazanlarını da xatırlayanda yaddaşımda
mәrhәmәt vә kәdәr taleyin korluğu qarşısında diksintiylә canlanır.
Şәhәrdә ilk ölümü belә görmüşdüm.

***

Şәhәrdә ölümü ikinci dәfә gecә, qışda, başqa şәraitdә gördüm.
Sakit, şaxtalı fevral gecәsindә, tәxminәn saat on ikidә, soyuq
Ay şәfәqli, açıq-mavi sәmada bәrq vuranda Şeridan-skver
yaxınlığında, Yeddinci avenyuya çıxan dolaşıq, әyri-üyrü küçәlәrin
birinin sәkisindә camaat yığışmışdı. Onlar tikilmәkdә olan evin
qarşısında – qәhvәyi işıq, tünd-göy kölgәlәrlә necә gәldi cızıqlanmış
suvaqsız girişinin bir neçә addımlığında dayanmışdılar. Gözәtçi
sәkinin qırağındakı paslı zibil yeşiyinin içindә ocaq qalamışdı:

169
   164   165   166   167   168   169   170   171   172   173   174