Page 172 - tomas
P. 172
as Vulf
– Hara gedәk? – qız soruşurdu. – Luinin işlәdiyi yer indi açıq
olar, görәsәn? Mәncә, saat onda bağlayır.
Qız gözәl, yaraşıqlıydı, amma nә sifәtindә, nә bәdәnindә
rәvanlıq, yetkinlik vardı. Bәdәni, qәlbi, ruhu kasad, quru, bәhrәsiz
idi, xırda döşlәri, çәnәsi irәli çıxmış sifәti vardı.
– Bağlayıbsa, Stivin yanına gedәk, yaxındadı, – cavan oğlan
cavab verdi. – Ora bütün gecәni açıq olur. – Oğlanın sifәti
qaraşın, hәyasız, gözlәri yağlıtәhәr, dodaqları yumşaq, incә,
işvәli, abırsız idi. Onun rişxәnd dolu bәdxah, özündәnrazı gülü-
şündә nәm lıqqıltı duyulurdu.
– Ah, qәşәng! – qız rüsvayçı intonasiyasıyla dillәndi. – Oranı
sevirәm! Gәl yenә dәstәni yığaq! Kimi çıxara bilәrik? Necә
fikirlәşirsәn, Bobla Meri evdә olarlar?
– Bob ola bilәr, Merini çәtin evdә taparsan, – cavan oğlan
hiylәgәr günahsızlıqla dillәndi.
– Yox! – qız qulaqlarına inanmayıb sәslәndi. – Yoxsa demәk
istәyirsәn ki, o…
Bu zaman onların sәsi asta, yaltaqtәhәr, gülmәli oldu, sonrasa
cavan oğlanın sözlәri nәm, lıqqıltılı gülüşlә birgә eşidildi:
– Ah, bilmirәm, adi әhvalatdı! Bilirsәn, belә şeylәr әn yaxşı
ailәlәrdә dә baş verir.
– Yox! – qız heyrәt dolu qaqqıltıyla sәslәndi. – Bu, lap
inanılmazdı. Bu da – Merinin onun barәsindә danışdığından
sonra!.. Yox… mәncә… bu… lap… möhtәşәmdi! – sonra asta-
asta tәkrar elәdi: – Ah, mәncә, bu… lap… gözәldi! Bundan
xәbәr tutanda Bobun sifәtini görmәk istәrdim! – onlar bir
dәqiqәyәcәn gizlin-gizlin pıçıldaşıb güldülәr, sonra qız tәzәdәn
heyrәt dolu qaqqıltıyla sәslәndi: – Yox, bu, elә gözәldi ki, hәtta
inana bilmirәm! Bilirsәn, lap heyrәtamizdi! – Sonra sәbirsiz
halda hüdülәyib tökdü: – Yaxşı, hәr halda, kimi götürәk axı?
Daha kimi çıxara bilәrik?
– Heç bilmirәm, – cavan oğlan cavab verdi, – hәr halda, bir
az gecdi. Bilmirәm kimi götürәk, tәkcә… – Bu zaman onun
tutqun, yumşaq ağzı tәbәssümlә dartıldı, boğazında gülüş lıqqıldadı,
sonra başıyla yıxılmış adamı göstәrdi. – …bu qardaşdan dәstәmizә
qoşulmağı xahiş elә!
172