Page 175 - tomas
P. 175
Ölüm – məğrur bacı

biçimli dimdik qasığını әn cәlbedici şәkildә tәqdim elәmәk,
әzilib-büzülmәk, dırnaqlarını uzatmaq, qәribә gül kimi qoxuyanacan
әtirlәnmәk, nadir, bahalı daş kimi parıldayanacan sürtülmәk
daimi işidi – eyniylә kişinin pul qazanmaq fәaliyyәtinә oxşayan
ciddi әmәkdi.

Budur, yaraşıqlı, incә, mehriban qız qayğısız, bayram ovqatında,
paltarındakı müәyyәn bir parlaq rәngli lәkәylә – qırmızı, yaxud
mavi şәrflә, gözәl şlyapayla sәkidәn keçib-gedir. Meh onun saç-
larını oynadır. Qızın dәrin, işıq saçan gözlәrindә pişik gücü, pişik
sağlamlığı var. İncә beli yırğalanır, bәrk döşlәri hәr sәrbәst, geniş
addımda diksinir, dodaqlarının künclәrindә hәlim tәbәssüm azıb.

Әtrafdasa qaragöz, qaraşın, solğun, üzgün, arğaz, әsәbi,
çaşqın kişilәr-qadınlar qaynaşır. Amma dünyanın üstünә düşәn
işıq, sehrli gün sanki öz sehrini onlara da toxundurub, ona görә
dә adama elә gәlir ki, o qadınlar da ümid, xeyirxahlıq, sevinclә
doludular: hansı çeşmәdәnsә günün coşqun enerjisini, mәstedici
sevincini içirlәr.

Maşınlar havaya buxar buraxa-buraxa parlaq güllәböcәklәr
kimi ötüb-keçirlәr. Qırmızısifәt, yekәpәr polis nәfәrlәri dә küçәnin
ortasında qüllә kimi dayanıblar, maşınları yelkәn ağaclarına
oxşayan әllәrinin hökmlü hәrәkәtlәriylә saxlayır, buraxır, tәlәsdirir,
döndәrirlәr.

Axırda da qaynar küçәnin göyümtül sәthindә üzәn qızmış
mexanizmlәrin isti qoxusu, yağın, benzinin, sürtülmüş rezinin
iyi ağacların, çiçәklәrin, otların qonşu parkdan gәlәn әbәdi
qoxusuna qarışıb xoşagәlәn olur. Bir anda bütün küçә mәndәn
ötrü canlandı. Küçәnin zәnginliyinin sәrt, lovğa parıltısından,
qәlәbәliyindәn özümü onda itib-batmış adsız atom kimi hiss
elәmәdim – küçә mәnә gözәl yürüş, dәlisov hәyat karnavalı,
dünyanın böyük, dәbdәbәli yarmarkası kimi göründü. Hәmin
yerlә әn hörmәtli vә fәxri qonaqlardan biri kimi inamla addımla-
yıram.

Mәn hәmin yerdә – tәzәcә yarpaqlanmış ağaclarıyla birgә
parkın, onun qarşısındakı meydanın qızğın hәrәkәtlәrinin, rәng-
lәrinin, maşınlarının göründüyü yerdә ayaq saxlayıb, küçәnin o
biri tәrәfindә ev tikәn adamlara xüsusi maraqla baxmağa başladım.

175
   170   171   172   173   174   175   176   177   178   179   180