Page 170 - tomas
P. 170
as Vulf

çatıldayan alov şaxtalı havada şölәlәnib oynayır, adamlar әllәrini
qızdırmaq üçün ona yaxınlaşırdılar.

Buz bağlamış sәkidә bir adam arxası üstә yıxılmış, cavan
hәkim onun qarşısında dizlәri üstündә çöküb açıq, enli sinәsinә
stetoskop qoymuşdu: küçәnin qırağında mühәrrikin gücündәn
titrәyәn, gurultusunda xoşagәlmәz nәsә duyulan sanitar maşını
gözlәyirdi.

Sәkidә yıxılmış adamın qırx yaşı olardı. Yöndәmsiz, möhkәm
bәdәni, peşәkar sәrgәrdana mәxsus qüdrәtli xarici görünüşü vardı.
Adama elә gәlirdi, pis havayla, kasıblıqla, xәstәliklәrlә çarpışmalar,
ölkәdә mövcud olan sәrgәrdanlıq illәr boyu onun әzik-çapıqlarla
dolu sifәtindә silinmәz izlәr buraxmışdı. İndi onun cizgilәrinin
epik qabalığında bomboş göylәr, gözişlәmәz әnginliklәr, çarxların
taqqıltısı, relslәrin parıltısı barәdә, pas, polad, qanlı davalar,
vәhşi, qәddar torpaq barәdә dastan hәkk olunmuşdu.

Hәrәkәtsiz, qaya parçası kimi möhkәm olan adam arxası üstә
yerә sәrilmişdi, gözlәri yumuluydu, qaba sifәti sәrt, sakit ölüm
vәziyyәtindә geri dartılmışdı. O, hәlә sağ idi, amma gicgahı
әzilmişdi. Ucuz araqdan әmәlli-başlı içib bu evә girәndә polad
dirәklәr yığınına ilişәrkәn o dirәklәrdәn birinә dәyib әzilәn
başının qorxunc yarası görünürdü. Yarasından enli qan şırnağı
qulağının üstüylә yerә axırdı, amma qan, demәk olar, dayanmışdı,
soyuqda sürәtlә laxtalanırdı.

Onun çirkli köhnә köynәyi cırılmış, yaxası açılmışdı, elә bil
elә hәmin hәrәkәtsiz vәziyyәtdә sinәsini qabartmışdı. Nәfәsi
duyulmurdu; kişi sanki daşdan yonulmuş halda yıxılmışdı, amma
tutqun, qızdırmalı qızartı hәlә dә yanaqlarında közәrirdi, yumruqları
böyürlәrinә sıxılmışdı. Köhnә şlyapası başından düşmüşdü, daz
başı açıq idi. Yağlı saç dәstәsiylә bitәn o dazlıq hәmin adamın
anlaşılmaz qorxu tәlqin elәyәn qaba sifәtinin gücünü, lәyaqәtini
qabardırdı. Onda idman nömrәsinin nümayişi zamanı qol gücüylә
bağlı işlәri görәn, adәtәn, dazbaş olan zorba adamların qüvvәsindәn,
sәrt vüqarından nәsә vardı.

Başına yığışmış adamlar hisslәrini qәti üzә vurmurdular, ona
sakitcә, kәskin, amma soyuq maraqla baxırdılar. Elә bil sәrgәrdan

170
   165   166   167   168   169   170   171   172   173   174   175