Page 174 - tomas
P. 174
as Vulf
***
Şәhәrdә üçüncü dәfә gördüyüm ölüm bu cür peyda oldu.
Bir dәfә sәhәr – ötәn ilin may ayında – Beşinci avenyu ilә
üzüyuxarı gedirdim. Hava gözәl, aydın idi, qığılcım saçırdı.
Açıq-mavi rәngli әngin sәmanın zәrif işığı, demәk olar, dәrkolunan
xәbәrdarlıq idi. Adama elә gәlirdi, sәma nәfәs alır, yerini dәyişir,
uçub gәlir, sevinc dolu, büllursayaq hörümçәk toru kimi şığıyır,
bәrq vuran nәhәng qüllәlәrin başında, onların fasadlarının
gözqamaşdırıcı sәthlәrindә, böyük insan kütlәsinin üzәrindә
oynayır, alışıb-yanırdı. Elә bil işıq sapfir gölündә xırdalanmış,
yorulub-usanmışdı, minlәrlә parlaq, cürbәcür rәngli nöqtәlәr,
parıltılar şәklindә әtrafa sәpәlәnirdi.
Camaat göz gördüyü qәdәr nәhәng, parlaq rәnglәrә boyanmış
ilan kimi asta-asta, burula-burula geniş küçәylә aşağı-yuxarı
gedirdi. Burada kütlә sürünür, tәrpәnir, donur, dalğalanır, qıvrılırdı,
orada – nәhәng dalğavarı ahәngdә müәyyәn amansız mәrkәzi
niyyәtә, güc mәnbәyinә tabe olmuş halda hәrәkәtsiz dururdu.
Hәmin nәhәng insan axını uzaqdan belә görünürdü, amma
böyründәn keçәndә kütlә milyonlarla gözәl, mәlahәtli, parlaq
mәnzәrәlәrә, hәyat hekayәtlәrinә parçalanırdı. Bu mәnzәrәlәr,
hekayәtlәr o qәdәr aydın idi ki, mәnә elә gәlirdi, hәr kәsi tanıyı-
ram, axının hәyatının hәrarәtli, dәrkolunan maddәsini әlimdә
saxlayıram – bu küçәni başdan-başa tuturam, sanki onu özüm
yaratmışam.
Budur, xüsusi geyimli sürücüsü olan güclü bir maşın sәkiyә
şığıyır, bahalı mağazanın gülәbәtin bәr-bәzәkli qapıçısı kübar
cәmiyyәtdәn olan gözәl xanıma qapını açmaq üçün yaltaq cәldliklә
irәli atılır. Qadın asanlıqla düşür, cәld, kәskin hәrәkәtlә gözәl
baldırlı, gözoxşayan ayaqqabılı ayağını sәkiyә qoyur, itaәtkar
sürücüsünә bir neçә söz atır, gözәl, amma elә bil kişi dәrzisinin
biçdiyi yançaqlarını bәrk oynada-oynada, yaraşıqlı, etinasız sifә-
tindә soyuq sәbirsizliklә sәkidәn keçib dükana yönәlir. Onunçün
bu, – başdan çıxarmaq, tamahlandırmaq, özünü bәzәmәk – böyük
işdi. Yaraşıqlı qıçlarını әn cazibәdar tәrzdә geyindirmәk, düzgün
174