Page 176 - tomas
P. 176
as Vulf

Ev o qәdәr dә böyük deyildi, nә çox hündür, nә dә çox uzun idi.
Polad dirәklәrin on mәrtәbәsiylә cılız, demәk olar, qeyri-maddi
yüngüllüklә şәffaf havaya dikәlirdi, elә bil bu ilkin skeletdә
gәlәcәk binanın gözәlliyi özünü göstәrirdi. Çünki bu binada
mәşhur “Steyn vә Rozen” firmasının yerlәşәcәyini bilirdim, ona
baxanda әl sıxmaq1 xoşbәxtliyi nәsib olan adam kimi sevinc,
qürur, maraq hissi duyurdum. Çünki sevdiyim qadının bacısı
hәmin nәhәng mağazanın direktoru – statusuna görә ikinci,
istedadına, biliyinә görә dә birinci şәxs idi. O qadının sevinc
dolu dilindәn tez-tez, az qala, hәr gün bu mağazada baş verәn
ağlagәlmәz әhvalatlar eşidirdim. Bir-birinin ardınca bura geyim-
kecim üçün gәlәn zәngin qadınlar barәdә, aktrisalar, rәqqasәlәr,
milyonçu arvadları, kinoulduzlar barәdә, şinşilla2 xәzindәn
kürklәrә minlәrlә dollar verәn mәşhur yüngülәxlaqlı qadınlar
barәdә, hәmin әfsanәvi varlıqların ağlagәlmәz söhbәtlәri barәdә
danışırdı.

Bu mәbәdin tağları altından gündüzlәr әn zәngin xanımlar,
ölkәnin әn mәşhur әxlaqsız qadınları keçib-gedirlәr. Qovulmuş
knyaginya onlara alt paltarı, kasıblaşmış hersoginya әtriyyat
satacaq, mister Rozenin özü dә qadınları salamlamağa çıxacaq.
O, iki qatlanıb tәzim elәyәcәk, enli ovcunu onlara doğru uzadacaq,
möhkәm mirvari dişlәrini göstәrmәdәn elә hey gülümsәyәcәk,
gözlәrisә qәrar tutmadan öz mülkünü dolaşacaq. Onun әynindә
zolaqlı şalvar var, yumşaq xalıların üstüylә var-gәl elәyir, yaxşı
bordanmış cöngә kimi güclüdü, hәm dә onda dırnaqlarıyla torpağı
eşәn, şeypur sәsi gәlәndә “Qu! Qu!” sәsi çıxaran qüdrәtli İova
atlarından nәsә var.

Bütün gün әrzindә dә mağaza boyu azdanışan, nadir hallarda
gülümsәyәn bacısını sәslәyәcәklәr. Müştәrilәr onsuz ötüşә bilmirlәr,
onlar qadını hәr yerdә soruşacaqlar. Mәşhur yüngülәxlaqlı qadınlar
onunla mәslәhәtlәşmәk istәyәcәklәr. Xanım gәlәndә dә deyәcәklәr:
“Mәn sizin fikrinizi bilmәk istәyirdim, o birilәrin heç başı çıxmır.

1Söhbәt 1882–1892-ci illәrdә boks üzrә ABŞ çempionundan gedir.
2şinşilla – Cәnubi Amerikada yaşayan, qiymәtli dәrisi olan heyvan

176
   171   172   173   174   175   176   177   178   179   180   181