Page 180 - tomas
P. 180
as Vulf

Daha uzunmüddәtli dayanma, arxadan gәlәn axının çoxalması
tәhlükәsi vardı, çünki maşınların qabaq dәstәsindә bәzi insan
elementlәri dәhşәtin tәsiri altında donmuşdular, yaxşı mexanizmlәr
kimi dәrhal “işә düşә” bilmәdilәr. Amma küçәnin ortasında
dayanıb iri әlini zәncir kimi yellәdәn, meymunsayağı iri üst
dodağının altından çıxdığına görә xüsusilә dadlı sayılan tünd
söyüşlәr yağdıran yekә tәnzimlәyici onları buraxdı. Budur,
işıqforların yaşıl işığı tәzәdәn yandı, küçәnin boğazı әridi,
maşınların qızğın dәstәlәri – qorillanın rәhbәrliyi altındakı qorxunc
böcәklәr ordusu ora-bura süründü. Pәrçim çәkiclәri tәzәdәn
guruldadı, mavi sәmanın әnginliyindә kranın qolu döndü,
müvazinәtli yükü olan zәncir titrәyib aşağı endi.

Cәsәdi artıq binanın içinә aparmışdılar, polislәrsә öküz kimi
inadkar camaatın üstünә atılırdılar. Parlaq, şәhәr yaraşığının әsiri
olan cavan qadın әlcәkli әlini şüşәyә dayayıb, sifәtindәki kosmetik
әzab ifadәsiylә qapısı bağlı maşının pәncәrәsindәn baxırdı. O,
sürücüyә yeknәsәq, incik sәslә pıçıldadı: “Tez ol! Tez ol! Tez ol
da!” Sürücü cәld sükana әyildi. Onun ovqatı korlanmışdı, amma
üzә vura bilmirdi. Ola bilsin, düşünürdü: “Lәnәt şeytana. Onu
buradan mümkün qәdәr tez aparmaq lazımdı. Kişi eşidib nә
deyәr?! Bәs mәnim günahım nәdi axı? Mәn ki onun elәdiklәrinә
görә cavabdeh deyilәm. Fikirlәşmәk lazım idi. Nә bilәsәn ki,
başına nә gәlәcәk?! Burada hәr şeyә hazır olmaq lazımdı”.

O, risk elәdi. Üç maşını cәld, mәharәtlә ötdü, sürücülәrin
söyüşü altında yaşıl işıq yanan anda ön sıraya sıçradı. Qadın
arxayınlıqla arxaya söykәndi. Allaha şükür! Afәrin, Corc. Hamını
qabaqladı: mәәttәl qalmalı işdi. Aradan yaxşı çıxdı.

***

Divara söykәndim. Başım fırlanırdı, sinәmdә boşluq vardı.
Qәfildәn mәnә elә gәldi ki, yalnız iki ölçüdә yaşayıram: әtrafda
hәr şey elә bil bәrk kağızdan kәsilib, qalınlığı yoxdu.

180
   175   176   177   178   179   180   181   182   183   184   185