Page 184 - tomas
P. 184
as Vulf

***

Hәmin ölüm görün necә baş verdi.
Şәhәr hәyatının әn qaynar yerindә – Brodveydә, Tayms-
skverdә, gecә saat ikidә, mәqsәdsiz, çaşqın, neylәyәcәyimi, hara
gedәcәyimi bilmәdәn, qәlbimdә narahatlıq, qarma-qarışıqlıq
hökm sürәn vәziyyәtdә, axşama yaxın elә hәmin hiddәtli tәlәsikliklә
öz yuvalarına can atan atomlar axınında ağzınacan dolmuş
küçәdәn yerin altına girdim.
Biz gecәnin genişliyindәn tunelin boğanaq, üfunәtli havasına
daxil olduq. Boz sement döşәmәnin üzәrindә bir-birimizi itәlәyir,
qaynaşırdıq. Quduzlaşmış halda irәli soxulur, harasa can atırdıq,
elә bil zamanı qabaqlamağa çalışırdıq, elә bil qәnaәt edilәn iki
dәqiqәyә görә bizi böyük mükafat gözlәyirdi, elә bil var-gücümüzlә
zövqü-sәfa dolu görüşә, sevinc dolu hadisәyә, gözәl mәqsәdә,
parıltılarından heyrәtlәndiyimiz zәnginliyә, yaxud sevgiyә tәlәsirdik.
Dәmir pulu dәliyә salıb taxta turniketdәn keçәndә ölәn adamı
gördüm. Sәhnә – döşәmәnin bir parçası, platformadan bir pillәyә
ayrılan beton meydançaydı, hәmin adam da qatarlara doğru
enişin solunda qoyulmuş taxta oturacaqda әylәşmişdi.
O, oturacağın qırağından azacıq sağa meyillәnib, dirsәyini
dәstәyin üstünә qoyub oturmuşdu, şlyapası azacıq alnına
sürüşmüşdü, sifәti yarısallaq idi. Yalnız sinәsinin güclә sezilәn
asta, rahat hәrәkәtini – әsinti, zәif nәfәs – gördüm. Sonra adam
öldü. Bir saniyәdәn sonra ona uzaqdan fikirli-fikirli göz qoyan
polis oturacağa yaxınlaşdı, әyilib ona nәsә dedi, çiynindәn tutub
silkәlәdi. Silkәlәnmәdәn ölünün dirsәyi oturacağın qırağından
sürüşdü, özü isә qolu sallanıqlı, әzik şlyapası alnına düşmüş,
azacıq yana әyilmiş, paltosunun yaxası açılmış, qısa ayaqları
oturacağın altına qatlanmış vәziyyәtdә qaldı. Bu müddәt әrzindә
arasıkәsilmәdәn meydançadan axışan adamlardan bәzilәri ayaq
saxlayaraq maraqla, narahatlıqla nәzәr salıb, yoluna davam
elәmәk istәsәlәr dә, geri qayıtdılar, aradabir bir-birinә çәkingәn,
hәyәcan dolu baxışlarla zillәnib dinmәzcә dayandılar.
Amma hәm dә, mәncә, hamımız anlayırdıq ki, adam ölüb.
Başqa bir polis gәlib hәmkarıyla astadan danışandan sonra o da

184
   179   180   181   182   183   184   185   186   187   188   189