Page 181 - tomas
P. 181
Ölüm – məğrur bacı

“İşıq sәmanı tәrk edir”1. Hә, işıq qәfildәn sәmanı tәrk elәdi,
alәm mәhvәrini itirdi. Dünyanın adamları vә sәmanı ağzınacan
doldurmuş hәyat qüvvәsi yox oldu. Bayaqkı hәrarәtdә, rәnglәrdә
yalnız ölgün eskizlәr qaldı, dәrhal da yorğun gözlәr ona darıxa-
darıxa, şübhәylә baxdılar. Küçәdә hәr şey ora-bura hәrәkәt
elәyirdi. Mәnә elә gәlirdi, bütün bunlar yastı, ikiölçülü, cismi,
qalınlığı olmayan şeylәrdi. Küçәlәr, adamlar, hündür, ensiz binalar –
hәr yerdә düz xәtlәr, künclәr vardı2. Küçәdә bir dәnә dә olsun,
girdә şey yox idi – yeganә girdәlәnәn hәmin ahәngdar fәryad idi.

Eynilә günortanın söndüyü kimi, hәmin qadının obrazı
ağuşunda yaşadığı dünyanın yetişdirdiyi tәsadüfi, qorxunc ölümün
zәrbәsi altında tәhrif olundu, kәdәrli çevrilmәyә mәruz qaldı.

Çünki hәmin işıqlı, mehriban sifәtin bayaq mәndәn ötrü
sehrli inam, bütöv sevinc hazırladığı yerdә möcüzәli sağlamlıq
hәyatı bilinmәz ölümlә partladılmışdı, bilinmәz qanda batırılmışdı,
mәn dә artıq onun üzünü günorta gördüyüm kimi görә bilmәzdim.

Daha doğrusu, hәmin adamın ölümü qәlbimdәki qara küllüyü
qarışdırdı. Ölümdә hәyatın qorxunc alәmi dәliliyin, ümidsizliyin
minlәrlә boz kölgәlәriylә dәrhal sevginin, ölümün ağılişlәmәz
sirri kimi әzabla qımıldandı. Hәmin sifәtin acı tapmacası ölüm
obrazları arasından çıxdaş edildi, hәlledilmәzliyi ilә ağlımı başım-
dan çıxarmağa başladı.

Çünki hәmin sifәtdә әbәdi sevgiylә bağlı, qocalıqda korun-
korun işaran, quru toz xışması tәki xırdalanan, çay tәki zamansız
olan, poladdan möhkәm gözәlliklә bağlı tәәssüf yerlәşmişdi.
Çünki hәmin sifәtdә kainatın kor dәhşәti altında әyilmәmәsi,
adamların tikdiyi әn uca qüllәlәrdәn yuxarı qalxmamasıyla bağlı
hiddәt dolu kәdәr yerlәşmişdi.

Budur, ölümün kölgәlәri onun әtrafında da oyandı, qımıldan-
mağa başladı. İndi mәn o qadını yalnız abırsız, lovğa qüdrәtin
bayrağı altında dişbatmaz vәziyyәtdә görә bilәrdim. Ona qarşı
hamı gücsüz idi, mәn özümsә cinlәnmiş heyvandan başqa, bir

1İngilis yazıçısı T.Neşin әsәrindәn
2İngilis şair S.T.Kolricin (XIX әsr) әsәrindәn

181
   176   177   178   179   180   181   182   183   184   185   186