Page 186 - tomas
P. 186
as Vulf

sağ ikәn kimәsә: “Heç nәylә kömәk elәyә bilmәrәm, heç nә
bilmirәm, möhtәrәm cәnab. Ancaq onu bilirәm ki, әmr almışam:
mister Qroqanın sizә görüş tәyin elәdiyini sübuta yetirәnәcәn
kimsәni buraxmamalıyam. Mәn hardan bilim axı siz kimsiniz?
Hardan bilim ki, hansı işçün gәlmisiniz? Bunun mәnә dәxli yox-
du… Yox, ser. Mister Qroqanın dәvәt elәdiyini sübuta yetirmәsәniz,
sizi buraxmayacağam… Bәlkә dә, elәdi… bәlkә dә, elә deyil…
Sizcә, mәn kimәm, hә? Falabaxanam, ya kimәm?.. Yox, möhtәrәm
cәnab! Keçmәyәcәksiniz! Mәn әmr almışam, heç nә dә bilmirәm” –
nәrildәsәydi belә, bilmәzdik.

O sәs bir saniyәdәn sonra elә hәmin adamın qarşısında etiraz
edәrcәsinә quyruq bulaya-bulaya, kәdәrlә özünә bәraәt qazandıra-
qazandıra zingildәyәcәk: “Niyә dәrhal demәdiniz ki, mister
Qroqanın dostusunuz?.. Niyә mәnә әvvәldәn demәdiniz ki, onun
qayınısınız? Desәydiniz, dәrhal buraxardım. Özünüz başa düşür-
sünüz, – burada onun sәsi gәda mәhrәmliyinәcәn alçalacaq, –
bura hәr gün nә qәdәr adam gәlir, hamı da mәnasız mәsәlәlәrlә
mister Qroqanın yanına soxulmaq istәyir… Elә ona görә dә
sayıq olmaq lazım gәlir… Amma indi Mister Qroqanın yaxın
adamı olduğunuzu bilirәm, – yaltaqcasına deyәcәk, – istәdiyiniz
vaxt gәlin… Kim Mister Qroqanın yaxın adamıdırsa, gözümüz
üstә yeri var, – yaltaq sevinclә dillәnәcәk. – Özünüz bilirsiniz, –
solğun barmaqlarıyla yad adamın paltarının qolundan nәyisә
götürәcәk, – burada mәnlik bir iş yoxdu, amma mәqamında olan
adam ayıq-sayıq durmalıdı”.

Bәli, sәs belәydi, adam gerçәklikdә belәydi, elә bil bu ölü
dodaqlar indicә aralanmışdı, bu ölü dil qımıldanmışdı, bizә öz
sözlәrini söylәyirdi. Budur, o – şәhәrin biçarә, әldәn salınmış,
alçaldılmış, hiylәgәr, çevik, hәddәn artıq itaәtkar, miskin, yaltaq,
quyruq bulayan, cәncәl, pozğun xırda adamı ölümün qorxunc
kül rәngindәn sarımtıla dәyişәn hәyat çalarıyla qarşımızda oturur.
Sәnin tük kimi incә söyüşlәrinlә, qışqırıqlarınla, zәif, boğulmuş
sözlәrinlә, cılız planlarınla, qüssә dolu ümidlәrinlә, öz ağlının
pıçıltıları, cәsurluğu, eybәcәr, sarsaq qәrәzlәrinin ağır yüküylә
yüklәnmiş, boş, sürtülmüş adamdır. Ey piydәn, әt-sümükdәn

186
   181   182   183   184   185   186   187   188   189   190   191