Page 190 - tomas
P. 190
as Vulf
Üç yәhudi qız yәhudi oğlanla birgә tamaşaçı kütlәsinin
arasından irәli soxuldu. Qızlar bir-birinә sığınıb dondular, oğlansa
çaşqın, küt halda nәzәrlәrini ölüyә dikdi, sonra әsәbi, cır sәsiylә
dillәndi:
– Ona nә olub belә? “Tәcili yardım” çağırıblar?
Tamaşaçıların dairәsi ona sükutla cavab verdi, amma bir
dәqiqәdәn sonra taksi sürücüsü – iri, qaba, qırmızısifәt, gecә
işlәmәkdәn dәrisi solmuş, qaragöz, qarasaç, furajkalı, dәri
gödәkcәli, qara yun köynәkli adam – geri çevrildi, başını nifrәtlә
oğlana tәrәf uzatdı, ona baxmadan camaata müraciәtlә kinayәli
tәrzdә dedi:
– “Tәcili yardım!”, “Tәcili yardım!” O “tәcili yardım” bunun
nәyinә lazımdı?! İlahi! Adam çoxdan ölüb, bu isә soruşur ki,
“tәcili yardım” çağırılıbmı, – sürücü yenidәn başını oğlana sarı
uzatdı, görünür, öz kinayәsindәn müәyyәn inam alırdı. – Gördünüz? –
o fınxırırdı. – Adam çoxdan ölüb, o isә “tәcili yardım”ın niyә
çağırılmadığını bilmәk istәyir. – sonra fınxırmağına davam elәyib,
“İlahi!” deyib-tәkrarlayır, elә bil adamların kütlüyü, qanmazlığı
ağlına yerlәşmәdiyindәn başını bulaya-bulaya öz-özünә mәzәlәnirdi.
Oğlan ölüyә dәhşәt dolu mәftun nәzәrlәrlә baxırdı. Nәhayәt,
qurumuş dodaqlarını yalayıb küt heyrәtlә dillәndi:
– Nәfәsi dә gәlmir. Heç qımıldanmır da.
Cılız, sarışın, incә, arıq sifәtli, iri burnu bütün sifәtinә kölgә
salan qız oğlanın qolundan hirslә darta-darta pıçıldadı:
– Gedәk! Gedәk burdan!.. Oy! Mәn әsirәm! Oy! Az qala,
uçunuram! – vә bәrk әsәn әlini irәli uzatdı.
– Nәfәsi dә gәlmir heç, – oğlan ölüdәn gözlәrini çәkmәdәn
küt-küt donquldandı.
– Oy, gәlin gedәk dә, – qız yalvarış dolu sәslә pıçıldadı. –
Elә hәyәcanlanıram ki, tәpәdәn-dırnağacan titrәyirәm, yarpaq
kimi әsirәm! Gedәk dә! Gәlin dә!
Sonra qorxmuş qızlarla çaşmış oğlan aralanıb sıx dәstәylә
platformanın enişinә doğru tәlәsdilәr.
Bu vaxtacan naqolay halda baxışa-baxışa hәyәcanqarışıq
çaşqınlıq içindә bir-birinә cavabsız suallar verәn adamlar astadan
190