Page 192 - tomas
P. 192
as Vulf
adam ölüb, indi dә hәkimlik borcu yalnız qanunun, әnәnәnin
müәyyәn elәdiyi formallığın bir hissәsiydi. Amma tamaşaçılar
elә hey asta-asta yaxınlaşırdılar, baxışları da maraqla, hörmәtlә,
mövhumat qorxusuyla hәkimin üzünә dikilmişdi, elә bil hәmin
sifәtdә artıq bildiklәri gerçәyin tәsdiqini axtarır, ya da artıb-
çoxalan mәrhәmәtin, kәdәrin onların sezdiklәrini inam möhürüylә
tәsdiqlәyәcәyini gözlәyirdilәr.
O, müayinәni başa vurub qәddini düzәltdi, borucuqları
qulaqlarından çıxardı, sonra laqeyd halda mәrhumun göz qapaqlarını
araladı. Gözlәrdә maviyә çalan ağımtıl parıltı donub-qalmışdı.
Hәkim onu әhatә elәyәn әlidәftәrçәli polislәrә tәrәf döndü, elә
eyni sәbirli, adi, etinasız görkәmlә astadan bir neçә söz dedi,
polislәrsә onun dediklәrini yazmağa başladılar. Biri hәkimdәn
nәsә soruşdu, cavabı da yazdı. Sonra hәkim yavaş-yavaş,
etinasızlıqla uzaqlaşdı, arxasınca isә, bir dәfә dә olsun, nә maraq-
larını, nә dә tәәccüblәrini bildirәn sanitarlar getdilәr. Doğrudan
da, mәrhum, deyәsәn, boyun qaçırmağın, dәyişmәyin mümkün
olmadığı rejimin – çox dәqiqliklә işlәyәn, öz nökәrlәrinә (hәkimlәrә,
sanitarlara, polislәrә, hәtta ruhanilәrә) bütün tәfәrrüatlarıyla
mәlum olan rejimin – hökmü altına düşdü.
Polislәr dәftәrçәlәrini dә ciblәrinә qoyub geri çevrildilәr,
“Keçin! Keçin! Tez dağılışın!” qışqırıqlarıyla adamları qısnaya-
qısnaya, itәlәyә-itәlәyә camaata hücum elәdilәr. Amma bu
hәrәkәtlәrdә dә elә hәmin әtalәt, yorğunluq, bezginlik nәzәrә
çarpırdı, adamlar әsәb doğuran civә inadkarlığıyla әvvәlki yerlәrinә
axışanda polislәr nә hiddәt, nә tәәssüf ifadә elәmәyib susdular.
Onlar tәzәdәn ölünün әtrafında yerlәrini tutaraq, sarsılmaz
proqramlarının növbәti nömrәsini gözlәmәyә başladılar.
Hәm dә indi elә bil sükut, ciddiyyәt, çәkingәnlik maneәsi
aradan götürülmüşdü, son sübutla, nәhayәt, ucadan söylәnmiş
sadә “ölüb” sözüylә ürәklәrindәki tәrәddüd, şübhә dağılmışdı –
adamlar sәrbәstcә, tәbii ki, dostlar, yaxud köhnә hәmkarlar kimi
danışmağa başlamışdılar.
Bir qәdәr kәnarda, tamaşaçı çevrәsinin arxasında üç ağıllı
varlıq, üç gecә mәxluqu peyda oldu. Onlar başımızın üzәrindә
192