Page 196 - tomas
P. 196
as Vulf

baxışlarını ölünün oturduğu oturacağın üzәrindә gәzdirdi, incә
ağ dişlәrini ağarda-ağarda cәld nәzәrlәrlә әtrafa göz qoymağa
başladı.

Gәnc zәnci qızın mis rәngdә olan sifәti әnlik-kirşan qatıyla
elә örtülmüşdü ki, qorxunc sarı-qırmızı maskaya çevrilmişdi.
Hansısa yağlı maddәylә yağlanmış kirpiklәri bir-birinә yapışıb
iri qara gözlәrinin әtrafından sürüşkәn tikanlar kimi sallanmışdı.
Qara saçları da dalğa-dalğa düzәldilib yağlanmışdı.

Qız qıpqırmızı don, hәddәn artıq hündür, qırmızı dabanlı
ayaqqabı geyinmişdi, iri gündәymәzi, uzun, nazik, eybәcәr qıçları
vardı. O görkәmdә, әtsiz, damarlı baldırlarda, enli böyürlәrdә,
iyrәnc rәngdә, arıq, mәnasız fahişә sifәtindә, nazik, qıpqırmızı
dodaqlarda, dişlәrin bәmbәyaz kövrәkliyindә nәsә iyrәndirici vә
eyni zamanda cәlbedici bir şey vardı. Elә bil parça-parça olan
ağlının son qırıntıları xәstә, acgöz hissiyyatlılığına qurban getmiş,
ona yalnız sifәtinin nazik, rәnglәnmiş qabığını, tamaşaçıların
geniş dairәsi üzәrindә hәyasızcasına sürüşәn axmaq, şәhvәtli
gülüşünün qorxuncluğunu qoymuşdu.

Hәmsöhbәtlәri – yәhudi vә modabaz brodveyli – çıxıb
gedәndәn sonra tülküsifәt italiyalı sürünәn heyvanın durğun
baxışlarıyla zәnci qıza zillәndi, düz arxasına gәlib çatanacan
gizlicә ona yaxınlaşmağa başladı. O, qızğın nәfәsini qızın
boynunun ardına verә-verә asanlıqla ona sıxıldı. Zәnci qız heç nә
demәdi, yalnız şәhvәtkar sarsağın mәnasız tәbәssümüylә gülüm-
sünüb ayaqlarını yerә bәrk vura-vura, tez-tez italiyalıya baxa-
baxa, onu boyalı dodaqlarının nәm parıltısıyla cәlb elәyә-elәyә
uzaqlaşdı. Kişi boynunu yaxalığının üzәrindәn gizlicә irәli uzatdı,
parıldayan tülkü gözlәriylә çiyni üzәrindәn oğrun-oğrun baxıb,
cәld qızın dalınca getdi. O, qızı turniketlәrin o tәrәfindәki dәhlizdә
haqladı vә yanaşı getmәyә başladılar.

Turniketlәr hey küt, boğuq taxta taqqıltısıyla fırlanır, gecikmiş
sәrnişinlәr beton döşәmәlәrdә ayaqlarını eyni cür sürüyürdülәr.
Qәzet köşkünün satıcısı arabir ölüyә, onun mühafizәçilәrinә
yorğun, etinasız nәzәr salırdı, oturacağın әtrafındakı boşluqdasa

196
   191   192   193   194   195   196   197   198   199   200   201