Page 194 - tomas
P. 194
as Vulf
– Hә, hә, hә, – italiyalı nifrәt dolu tülküsayaq gülüşüylә
yәhudinin sәsinә sәs verdi. – Hamısı boş şeydi.
– Mәnasız işdi, – cavan oğlan razılaşdı. – Mәn bunu elә bu
yaxınlarda bir nәfәrә demişdim.
– Sığorta! – yәhudi dillәndi. – O yaramazlara qulaq assan,
elә bilәrsәn ki, әbәdi yaşayacaqsan! Qara gün üçün pul yığın,
lәnәtә gәlsinlәr. Qocalığınıza, öz qocalığınıza pul yığın, lәnәt
şeytana! – istehza elәyirdi. – Hәr an başına bir hadisә gәlәcәyini
bilә-bilә! Bax elә bunun kimi. Düz demirәm?
– Düz deyirsәn!
– Cürbәcür yanğın tәsadüflәri üçün әmanәt qoyun! Gәbәrәndә
uşaqlarınıza bir şey qoyun! Lәnәt şeytana, uşaqlarıma niyә pul
qoymalıyam? – elә bil nizami cәmiyyәtin bütün mexanizmi,
özünün on beş törәmәsi onu bu addımı atmağa mәcbur elәyirdi
deyә hiddәtlәnirdi. – Yox, әzizlәrim! Qoy uşaqlarım da mәnim
kimi öz qayğılarına qalsınlar! Mәnә heç kәs kömәk elәmәyib.
Nәyә görә hәyatımı axırda “sağ ol” da demәyәcәk avaralar üçün
pul yığmağa hәsr elәmәliyәm? Düz demirәm?
– Düz deyirsәn, – italiyalı başını tәrpәtdi. – Hamısı boş
şeydi.
– Mәn bunu elә bu yaxınlarda bir nәfәrә demişdim, – cavan
oğlan sözә başladı.
– Yox, әzizlәrim! – yәhudi acı, rişxәnd dolu tәbәssümlә sәrt,
inamlı tәrzdә davam elәyirdi. – Yox, möhtәrәm dostlarım! Üzr
istәyirәm! Mәn gәbәrәndә onlar tabutun başına yığışacaqlar, –
sözlәrini әllәrinin әhatәli hәrәkәtlәri ilә tamamlaya-tamamlaya
deyirdi. – Qoy doyunca baxsınlar, qoy mәnә uzun-uzadı baxıb
desinlәr: “Lüt gәlmişdi, lüt dә gedir. Amma qazandığını xәrclәyәn,
bacardıqca hәyatdan hәr şeyi alan adam idi”.
Yәhudi susub paltosunun yaxasından yapışdı, ayaqlarının
ucunda azacıq yırğalana-yırğalana acı, müdrikcәsinә tәbәssümlә
gülümsündü.
– Belәdi! – nәhayәt, lovğa-lovğa dillәndi. – Belәdi! Qәbiristan-
lıqda yatanda, yaddaşçiçәyini gübrәlәyәndә çeksiz dә keçinәrәm.
Payıma düşәni elә buradaca, elә indi almaq istәyirәm. Düz demi-
rәm?
194