Page 198 - tomas
P. 198
as Vulf
***
Sonra hәmin yayğın görmә peyda olduğu kimi dә qәfildәn
yoxa çıxdı, әşyalar, formalar, mәsafәlәr dә tәzәdәn fokusa düşdü.
Mәn ölünü boz boşluqda, tamaşaçıları da olduqları kimi gördüm.
Polis dә tәzәdәn bizә hücum elәyir, әtrafımdakı adamları itәlәyirdi.
Amma adamlar gәrgin vәziyyәtdә, sәrxoş lәyaqәtlә, sifәtindәki
zәif tәbәssümlә oturmuş bu tәnha ölüm heykәlini tәk qoymaq
iqtidarında deyildilәr, çünki cansız bәdәnә sadiqdilәr, qara torpaq
qoynuna alıb gizlәdәnәcәn onu gözәtlәyir, qoruyur, tәrk elәmirlәr.
Adamlar onu tәk qoya bilmәzdilәr, çünki mәğrur ölüm, qara
ölüm, ölümün tәnha lәyaqәti hәmin miskin simaya kölgә salmışdı:
onlar görürdülәr, yer üzündәki heç bir yaramazlıq, alçaqlıq, hәtta
bu çoxmilyonlu şәhәr dә әn miskin küçә avarasına bәxş olunan
mәğrur ölümün lәyaqәtini bir anlığa belә onun әlindәn almağa
qadir deyil.
Adamlar buna görә dә onu tәk buraxa bilmәzdilәr. Çünki
sevgi, sәdaqәt onları yerlәrindәn tәrpәnmәyә qoymurdu. Çünki
mәğrur ölüm burada әylәşmişdi, onlarla danışır, hәmsöhbәtlәrini
lümlüt soyundururdu. Çünki hәmin adamlar ölümә qarşı nәhәng
qüllәlәr ucaldır, ondan boz deşiklәrdә gizlәnir, sәsini küçәnin
qışqırıq dolu mәstliyi ilә boğmağa çalışırdılar. Amma mәğrur
ölüm, qaçılmaz ölüm yaşadıqları şәhәrә qәdәm basmışdı, hәtta
cәsәdin әn miskin zәrrәsinәdәk alçalanda da әn uca qüllәlәrdәn
uca, mәğlubedilmәz idi: o danışanda şәhәrin bütün küçәlәri
susurdu.
Hәm dә adamlar ölüyә qorxuyla, hәyәcanla, itaәtlә – üstәlik,
sevgiylә baxırdılar. Çünki ölüm, mәğrur ölüm abad şәhәrlәrinә
gәlib çıxmışdı vә siması üfunәtli, boz havada qorxunc halda bәrq
vururdu, öz danışığını, öz hәrәkәtini isә milyonlarla adamın qaba
adәtinә qarşı qoymuş, adamların özlәrinisә lümlüt soyundurmuş,
istehzayla cırıldayan dillәrini kәsmiş, әn miskin qardaşlarının
simasında qarşılarında duran yolu, büründüklәri qorxunu göstәrmişdi –
buna görә dә ölümün qabağında tәnha, dinmәz, qorxmuş vәziyyәtdә
dayanmışdılar.
198