Page 203 - tomas
P. 203
Ölüm – məğrur bacı
görüb-tanımışam, qardaşın Tәnhalıqla tәklikdә xeyli yaşamışam.
Mәn daha sәndәn qorxmuram, ey rәfiqәm, sәnә tәrif deyirәm.
Hәlәsә – yenә torpaq vә әbәdi Tәnhalıq! Hәyatımın yarısını
keçirdiyim, ömrümün axırınacan sәdaqәtә and içdiyim zülmәt
qardaş, qәddar Dost, zülmәtin, gecәnin gözişlәmәz siması – hәlә
ki sәn mәnimlәsәn, heç kimdәn qorxum yoxdu. Qәhrәman dost,
Mәğrur Ölümün qan qardaşı, zülmәt yoldaşı, mәgәr biz milyonlarla
küçәdәn eyni vaxtda çıxmamışıqmı, gecәnin enli, dәlisov prospekt-
lәriylә eyni vaxtda addımlamamışıqmı, coşqun dәnizlәri üzüb
keçmәmişikmi, namәlum torpaqlara ayaq basmamışıqmı, torpağın
sükutuna qulaq asa-asa tәzәdәn qitәni dolaşmamışıqmı?
Dostum, mәgәr biz tәk qalanda igid, namuslu olmamışıqmı,
bu torpaqda şöhrәt, tәntәnә, sevinc dadmamışıqmı – yanıma
qayıtsan, yenidәn dadmayacağammı? Dostum, gecә sayıqlama-
larımda yanıma gәl, mübhәm, zülmәt qaranlıqda hәmişә gәldiyin
kimi gәl. Hәm dә mәnә әvvәlki sarsılmaz gücümü, sönmәz ümi-
dimi, dәlisov sevincimi, özümә inamımı qaytar ki, yer üzünün
qalalarına yenidәn hücum elәyim.
Qaranlıq çöllәrdәn keçib yanıma gәl, dostum, qardaşın
Yuxunun atlarıyla çapa-çapa gәl. Biz yenidәn torpağın sükutuna
qulaq asacağıq, Yuxu atlarının qara dırnaqları yer üzüylә asta
tappıltıyla şığıyanda yatanların ürәyinin döyüntülәrini eşidәcәyik.
Uçurlar! Gәmilәr sәslәyir. Gecәnin dırnaqları böyük Yuxunun
atları kimi zülmәtin altında şığıyır. Çaylar әbәdi axır. Yuxu
axınları kimi dәrin çaylar axır. Biz çağırırıq!
***
Uçurlar! Nәhәng qara atlar uçurlar. Dırnaqlarının asta
tappıltısıyla yaxınlaşırlar, Yuxunun qara atları torpağın üstüylә
elә hey çapırlar.
Ah, nәhәng Yuxu atları lap asta-asta çapırlar. İri yarasalar
başımız üzәrindә qaynaşırlar. Yuxu axınları ölkәni basır, Yuxunun,
zamanın axınlarında görünmәmiş balıqlar üzür.
203