Page 206 - tomas
P. 206
as Vulf
***
Bir dәfә oktyabrın axırında, yağışlı axşamda bir kişi dağlıq
Köhnә Katobadakı1 Altamont şәhәrinin küçәlәriylә qәtiyyәtlә
addımlayırdı. Axşamdan xeyli keçmişdi, külәk hәmlәlәrinin
qovduğu narın yağış yağırdı. Hәmin tәnha piyadadan başqa,
küçәdә ins-cins yox idi.
Dekorların tez-tez dәyişdirildiyi, keçmiş әzәmәtin izlәrinin
xüsusilә aydın göründüyü әn sürtülmüş, әn simasız küçәlәrdәn
biriydi. Hәtta ilin bu ölgün vaxtında da anlamaq mümkün idi ki,
buranın çox yaxşı günlәri olub, bir vaxtlar bu küçәdә yaşamaq
adamlara lәzzәt verirmiş. Evlәrin çoxu karkaslı, qırx-әlli il bundan
qabaq çiçәklәnәn eybәcәr, dolaşıq memarlıq üslubundaydı, indi
dә işıqları yanmadığından bomboş görünürdü. O evlәrin çoxu
küçәdәn qıraqda, geniş hәyәtlәrdә tikilmişdi, ortabab var-dövlәt,
firavanlıq görüntüsü yaradırdı; hәmin evlәrә çılpaq budaqlarında
külәyin giley dolu sәslә uladığı qoca ağaclar kölgә salırdı. Amma
hәtta qaranlıqda da evlәr, küçәlәr üçün hansı pis günlәrin yetişdiyi
görünürdü. Külәyin, soyuq yağışın döydüyü nazik, çoxfrontonlu2
tikililәr elә bil yerә çökmüş, qocalıqdan, baxımsızlıqdan әyilmişdilәr,
xәstә qocalar kimi, bir-biriylә onları әhatә elәyәn zülmәt gecәnin,
pis havanın çılpaqlığında kәdәrlә söhbәt elәyirdilәr. Zülmәtin
cansıxıcı gizliliyindә instinkt dәqiq xәbәr verirdi ki, köhnә evlәr
axır vaxtlara qәdәr tab gәtirib, uzun illәr rәnglәnmәyiblәr; hәtta
intuisiya sussa da, küçәnin özünün qarışıq xarakteri onu haqlayan
taledәn xәbәr verә bilәrdi. Orada-burada qazonların naxışları
kәrpicdәn, betondan olan xırda, eybәcәr tikililәrin biabırçı tәcavü-
zündәn kobudcasına korlanmışdı. Hәmin tikililәrdә bir-iki baqqal
dükanı, qaraj, hәr cür avtomobil zir-zibilinin satıldığı xırda
köşklәr vardı, hamısından daha iddialı olan evcikәrin birindә isә
hansısa avtomobil şirkәtinin sәrgi salonu yerlәşirdi. Küçә fәnәrinin
çılpaq, bir-birini doğrayan budaqların kölgәlәriylә zolaq-zolaq
1T.Vulf doğulduğu Şimali Karolina ştatını belә adlandırır (tәrc.).
2fronton – bina fasadının üçbucaq vә ya pәrgarşәkilli yuxarı hissәsi
206