Page 204 - tomas
P. 204
as Vulf

Çünki Yuxu günün heydәn düşmüş sifәtlәrini sürüyüb apardı,
şәhәrlәrin yuxulu sükutunda on milyonlarla adamın cizgisi zaman
kimi qәribә, sirlidi. Biz yuxuda çılpaq, tәnha yatırıq, biz zülmәtin,
gecәnin lap qәlbindә birlәşmişik, yuxuda qәribәyik, gözәlik,
çünki biz qaranlıqda ölür, ölümü tanımırıq. Yer üzündә ölüm
yoxdu, hәyat yoxdu, sevinc yoxdu, şöhrәt yoxdu, yalnız Yuxu
var.

Çәkingәn, gözәl Yuxu, gәl, ölkәni qabarmalarınla bürü. Ey
әzәli arzuların övladı, Ölümün vә mәnim sәrt dostum olan
Tәnhalığın qardaşı, dinclik, qaranlıq huş gәtirәn xilaskar, loğman,
böyük sehrbaz, sәsimizi eşit. Düzәnliklәrdәn, çaylardan keçib
gecәnin çöllәriylә yanımıza gәl, dünyanın iltihablı maddәlәrinin,
hiddәtin, ömrümüzün ağrılarının üzәrinә xilasedici sәrin mәlhәmini
sürt. Yaddaşımızın pәncәrәlәrini qapa, hәyatımızı dinmәzcә,
mehribancasına әlimizdәn al, ötәn sevginin, ötәn günlәrin görün-
tüsünü yox elә, әsl yanğımızı söndür. Böyük İslahçı, bizi sağalt!

Ah, Yuxunun iri qara atları yer üzüylә asta-asta qaçırlar.
Yuxu axınları çaylar kimi şırıldayır, adamların qәlbini yuyur,
gecә bol zülmәtiylә bütün torpağın sahillәrini doldurur. Bütün
insanların qәlbi qәddar yükünü boşaldanacan, әzab-әziyyәtlә
nәfәs alan ürәklәr hәr şeyi bürüyәn lal Yuxunun sehrinә mәğlub
olub rahatlananacan, sağalanacan Yuxu daşqınları gecә qitәsini,
әbәdi torpağın ucsuz-bucaqsız düzәnliklәrini әmәlli-başlı basacaq.

Yuxu qaranlıq kimi yer üzәrinә enir, doxsan milyon adamın
qәlbini ovsun tәki doldurur. Dağlarda dolaşır, gecә vә zülmәt
kimi düzәnliklәrlә, çaylarla addımlayır. İndi budur, artıq dәrәlәrin
dibindә, tәpәlәrin başında asta-asta sürünәn mehriban Yuxu
şırıldayır… Yuxu…Yuxu…Yuxu…

204
   199   200   201   202   203   204   205   206   207   208   209