Page 202 - tomas
P. 202
as Vulf
Yenә dә yuxarı baxıb ölmәz sәmanı, gecәnin ulduzlu әnginliyini
gördüm, çaydakı gәmilәrin sәsini eşitdim. Dәrhal da böyük
sağlamlıq qabarması, böyük sevinc dolu ümid duydum. Başa
düşdüm ki, susuzluqdan ağlını itirdiyini anlayan, amma әsl çayı
sәhranın qurtaracağında görәn adam kimi, tunelin qaranlığındakı
qudurmuş köpәk tәki boğulmayacağam, gәbәrmәyәcәyәm. Anladım
ki, işığı yenidәn görәcәk, yeni sahillәrә bәlәd olacaq, namәlum
limanlara girәcәk, әvvәlki tәki tәzәdәn yeni torpaqlara, yeni
sәhәrlәrә tamaşa elәyәcәyәm.
***
Buna görә dә әbәdi müşayiәtçilәr – ömrümün axırınacan
birgә yaşayacağım mәğrur Ölüm, sәrt Tәnhalıq – hәyatımın
ehtirası, mahiyyәti üzündәn sizә belә tәrif qoşdum.
Sәnә, balaca insanın alnında әzәmәtlә әylәşmiş Mәğrur Ölüm,
birinci sәnә! Gecәlәr dә, gündüzlәr dә gördüyüm Mәğrur Ölüm!
Adsız-sansız adamlara gәlәndә, bәyәm nәyәsә sevgisiz toxunmusan?
Mәğrur Ölüm, hәmişә mәhәbbәtlә, şәfqәtlә gәlib mәrhәmәtli
hökmünü vermisәn – bizi bağışlayıb azad elәmisәn. Torpağın
üstündә yer tapmamış adamların çıxılmaz hәyatını sürgünlәrdәn
sәn qaytarmırsanmı? Qarşılarında qapılar açılmayanlara öz qara
qapılarını sәn açmırsanmı? Evsiz, dinclik tapmayan, elә hey
küçәlәrdә vurnuxan ömürlәrә sәn sığınacaq vermirsәnmi? Bizә
içmәk ehtirasından doğulan dәlisov yanğımızı söndürmәk üçün
doldurulmuş acı piyalәni sәn tәklif elәmirsәnmi? Sәn bizә öz
qaranlıq xanәndә axtarıb tapmadığımız hәdәfi, dolub-daşan
qәlbimizin әllәşdiyi inamı, dincliyi verirsәn, bizi mozalan kimi
qovan sәrgәrdanlıqlara, narahatlıqlara son qoyursan. Mәğrur
Ölüm, Mәğrur ölüm, kral şöhrәtinә çatdığına görә yox, dahinin
dilinә bәxş elәdiyin sehrli qüvvәyә görә yox... Ona görә ki, bizi –
şöhrәtin dadını bilmәyәnlәri dә şöhrәtlә aparır, gözdәn-könüldәn
uzaq yaşamışlara – adsız, simasız, sәssiz yer atomlarına – qorxunc
xeyir-dualarını әzәmәtlә verirsәn... Ona görә ki, sәni yaxından
202