Page 207 - tomas
P. 207
Azğın oğulun qayıtması
olan aydın işığında tәzә maşınların әzәmәtli, yaraşıqlı formaları
dәbdәbәli tәrzdә parıldayırdı, amma nәdәnsә o dәbdәbәdә qorxunc,
soyuq zülmәt sezilirdi, hәmin zülmәt köhnә, qaranlıq küçәnin
zülmәtindәn daha qәddar, daha kәdәrliydi.
Bu vaxt küçәdә yeganә hәyat әlamәti olan piyada, deyәsәn,
bütün bunlara xüsusi maraq göstәrmirdi. Onun әlindә iri çamadan
vardı, zahiri görkәminә görә yad adam sayıla bilәrdi, amma
hәrәkәti – inamlı addımları, aradabir qarşılaşdığı şeylәrә tәnqidi
baxışları – göstәrirdi ki, mәnzәrә ondan ötrü yeni deyil, әksinә,
nә vaxtsa, hәyatının hansı dövründәsә yaxşı tanış imiş.
Nәhayәt, küçәnin tәxminәn yarısını addımlayaraq köhnә bir
evin qabağında dayanıb çamadanı sәkiyә qoydu, yalnız indi
şübhә vә qәtiyyәtsizlik әlamәtlәrini büruzә verdi. Elә bil orada
hәyatın necә keçdiyini qәmgin görkәmindәn bilmәk üçün narahat
nәzәrlәrlә qaranlıq evә baxa-baxa, әzgin cizgilәrindә beynindәki
suallara cavab axtara-axtara bir neçә dәqiqә dayandı. Sonra sә-
birsiz hәrәkәtlә çamadanı qapdı, beton pillәlәrlә hәyәtә qalxdı,
cığırla cәld irәli getdi, artırmaya çıxdı, yenә çamadanı qapının
lap ağzında yerә qoyaraq, bir dәqiqә dә tәrәddüdünün ötmәsini
gözlәyib әsәbi halda, az qala, hiddәtlә başını buladı. Sonra zәngin
düymәsini basdı.
Lap o başındakı yeganә zәif lampayla solğun işıqlandırılmış
köhnә dәhlizdә zәng kәskin, qulaqbatırıcı sәslә cingildәdi: bu
sәs adamda qәfil qorxu, daha doğrusu, tәәccüb, narahatlıq ifadә
elәyәn hәrәkәt doğururdu. Onun cәhәnglәri titrәyә-titrәyә sıxıldı;
sonra әllәrini su keçirmәyәn paltosunun cibinә soxub başını
aşağı saldı, gözlәmәyә başladı.
***
…Onlar bizdәn qaçırlar, әvvәllәrsә bizi axtarırdılar. Ümidsiz
fasilәlәri isә dincliyimizin içindә, hәm ötüb-keçәn, hәm dә
tәzәdәn qayıdan çoxdankı gecә söhbәtlәrindә sәslәnir. Onlar
bizdәn qaçırlar, әvvәllәrsә bizi axtarırdılar. İndi dә köhnә hәyat
207