Page 212 - tomas
P. 212
as Vulf

Kişi cibindәn dәmir pul çıxarıb ev sahibәsinә verdi. Qadın
pulu qoca, dözümlü adamların etinasız sakitliyi ilә aldı, kirayәnişini
tәk qoymazdan qabaq otaqla vidalaşmaq üçün bir dәqiqә dә
dayanıb baxdı.

– Belә, – qadın dillәndi. – Burada sizә lazım olan hәr şey var.
Tәmiz dәsmal әlüzyuyanın yanındakı altlıqda, vanna otağı
yuxarıda, birinci dәhlizin axırında, sol tәrәfdәdi.

– Tәşәkkür elәyirәm, mem, – adam elә hәmin tәrzdә cavab
verdi. – Çalışaram, heç kәsi narahat elәmәyim.

– Narahat elәmәli bir kәs yoxdu ki, – qadın sakitcә cavab
verdi. – Mәn otağın o biri başında, uzaqda yatıram, mister Gilmor
isә – indi mәnim yeganә kirayәnişinimdi – burada çoxdan yaşayır,
hәm dә o qәdәr sakit adamdı, evdә nә vaxt olub-olmadığını mәn
özüm dә bilmirәm. Üstәlik, elә bәrk yatır ki, heç sizdәn xәbәri dә
olmayacaq. Hәlә yoxdu, tezliklә gәlәcәk. Yәni bizi qәtiyyәn
narahat elәmirsiniz. Sizi dә kimsә narahat elәmәyәcәk, – ev sahi-
bәsi әlavә elәdi, qәfildәn onun gözlәrinin içinә baxıb solğun,
utancaq qoca qadın tәbәssümüylә gülümsündü. – Sizә bir şeyi
qәti deyә bilәrәm: belә bir sakit evi heç yerdә tapa bilmәzsiniz.
Kiminsә evә girdiyini hiss etsәniz, narahat olmayın, bilin ki,
mister Gilmordu.

– Sağ olun, – kirayәnişin soyuq tәrzdә dillәndi, – hәr şey
aydındı. İndisә yatıram, – o, geri çevrilib, elә bil uzanan söhbәti
bitirmәk üçün әlavә elәdi. – Siz dә çoxdan yatmalıydınız, mem,
daha lәngitmәyәcәyәm.

– Hә-ә, – qadın tәlәsik qapıya doğru addımladı, amma hәlә
dә cәsarәtsiz, çaşqın nәzәrlәrini ondan ayırmırdı. – Bir şey lazım
olsa…

– Yox, mem. Daha heç nә lazım deyil. Gecәniz xeyirә qalsın.
– Gecәniz xeyirә qalsın, – qadın son dәfә otağın soyuq
divarlarına nәzәr salıb sakitcә çıxdı, qapını arxasınca örtdü.

212
   207   208   209   210   211   212   213   214   215   216   217