Page 215 - tomas
P. 215
Azğın oğulun qayıtması

2. Əslindә, necә olmuşdu

Yucin Qant yeddi il idi ki, evdә olmamışdı. Bütün bu illәr
әrzindә dәfәlәrlә özüylә mübahisә elәmiş, mülahizә yürütmüşdü:
“Mәn mütlәq evә qayıdacağam. Kitabımdakı niyyәtlә bağlı hәr
şeyi izah elәyәcәyәm, elә danışacağam ki, bir nәfәr dә sözlәrimә
şübhәylә yanaşmayacaq. Qayıdıb hәr şey gün kimi aydın olanacan
onlarla danışacağam”.

Yucin bilirdi: şәhәrlә çoxdankı amansız dava-dalaşından elә
şeylәr söylәmәk lazımdı ki, hәmin әhvalatları danışmaq olar vә
elә şeylәrdәn dә söhbәt açmaq mümkündü ki, o sözlәri dilә
gәtirmәk olmaz. Amma zaman tez ötür, hәr cür mübahisәyә dә
son qoyur.

Yeddi il sonra isә çamadanını götürüb evә yollanmışdı.

***

Artıq hәr şeyin anamızın sifәti kimi tanış olduğu bir parça
torpağımızdan başlayaraq, hәr birimizin öz Amerikamız var.
Yucin Gettisberqdәn – atasının vәtәnindәn başladı: sonra Hager-
staundan keçәrәk, Virciniya vadisiylә aşağı gedib cәnuba üz tut-
du.

Әvvәlcә – iri anbarlar, geniş düzәnlәr, Pensilvaniya çöllәrinin
ucsuz-bucaqsız dalğaları, gözәl evlәr. Aşağıda – eynilә geniş
düzәnlәr, eynilә gözәl evlәr, ağ hasarlar, rәnglәnmiş anbarlar,
Virciniya vadisinә xas olan zәriflik vә gözәllik. Amma budur,
indi hәm dә zәncisayağı bozluq – boz samanlıqlar, boz talvarlar,
boz anbarlar, bu rәnglәr çatışmazlığının әvәzini çıxmaq üçün
onlara bәxş olunmuş soyuqdan qorxmayan tikililәr peyda olur.
İndisә – adi gilin kәsik-kәsik edilmiş qırmızılığı gözә dәyir. Evә
qayıdan Yucin Qantın yad nәzәrlәrinә bütün bu gördüklәri son
dәrәcә gözәl görünürdü.

Bütün Virciniyada bol yaz yağışları yağmış, torpaq qabarmışdı,
hәr yerdә gölmәçәlәr parıldayırdı. Alma ağaclarının çiçәklәmәsinә

215
   210   211   212   213   214   215   216   217   218   219   220