Page 210 - tomas
P. 210
as Vulf
sualının nәticәsindәn razı qalmış kimi dillәndi. – Bir halda ki
otaq sizә bir gecәliyә lazımdı, düzәlәr. Amma siz dә bundan
artığını istәmәyin, – qadın sadәlövhcәsinә әlavә elәdi. – Bir
vaxtlar pansion saxlayırdım, indi hәm o yaşım deyil, hәm dә
әvvәlkitәk hamının qayğısını çәkmәyә gücüm qalmayıb. Ev
köhnәlir, uçub-dağılır. Bu ev mәnim üçün hәddәn artıq iridi. Evә
әvvәlki qәdәr diqqәt göstәrә bilmirәm. Çalışıram, hәr yer tәmiz
olsun, bu da sizә münasibdisә, nә olar… – ev sahibәsi düşüncәli,
dalğın hәrәkәtlә әllәrini qoynuna qoyub bir dәqiqәliyә fikrindә
nәyisә götür-qoy elәdi. – Nә olar, – qadın dillәndi, – sizdәn otaq
üçün әlli sent alaram.
“Әlbәttә, azdı, – o fikirlәşdi, – amma çәtin ki, bundan artıq
pulu olsun, hәm dә indi elә zamandı, ya ala bildiyin qәdәr al, ya
da heç nә alma. Elә kirayәnişin dә hәsәd aparılası deyil, sәfil
gündәdi. Ancaq onu da demәk lazımdı ki Makdonald qonağı
әmәlli-başlı tanıya bilәrdi, bir halda ki Makdonald göndәrib,
demәli, yola vermәk olar. Zәmanәmizdә, onsuz da, başqa cürünә
rast gәlmәzsәn. Daha tәmiz olanların hamısı maşın sahiblәrinin
yanındadı, onlar aza qane olmazlar. Bir dә ki, mehmanxanaya
vermәyә pulu varsa, belә köhnә, soyuq, baxımsız evә kim gәlәr
qalmağa? Buna görә dә ona, deyәsәn, otaq verәcәyәm, imkanı
çatdığı qәdәr dә pul alacağam. Heç olmamaqdansa, az olması
yaxşıdı”.
Bu fikirlәrin beynindәn keçdiyi müddәtdә gözlüyü arxasından
adama diqqәtlә, sayıqlıqla baxırdı, sifәtindәsә tәәccüb, bir az da
narahatlıq ifadәsi vardı. Yorğun, zәif gözlәrinin tutqun işıqlandırılmış
dәhlizdә seçdiyi fiqur onda xüsusi etibar doğurmurdu. Adam çox
hündürboylu, iribәdәnliydi, әzik-üzük paltar geyinmişdi. Qadın
beynindәn keçirdi ki, “elә bil bütün ölkәni әn ucuz vaqonda
keçib gәlib”. Üzündә birhәftәlik qara tük vardı, sifәtinin cizgilәri
kobud, ağır olmasa da, nә vaxtsa ziyan çәkmişdi. Qısa, dik,
görünüşünә görә davakar burnu bir vaxtlar üst hissәsindәn sınmış,
pis bitişmişdi, ondan aşağıdasa çәpәki çapıq uzanırdı. Bu, onun
sifәtinә vәhşisayağı görkәm verir, bu tәәssürat hәm dә gözlәrinin
ifadәsiylә tәsdiqlәnirdi. Gözlәri qәhvәyi rәngdәydi: o gözlәrdә
210