Page 214 - tomas
P. 214
as Vulf

– Burada kimsә var? – adam soruşdu.
Tufan evә çırpılır, zülmәtsә onu bürüyürdü. Yalnız soyuq
sükut vardı, xırda yağış da milyonlarla damcı şәklindә tökülürdü.
“Eşitdim axı – nәsә onun içindә tәkrar elәyirdi. – Mәn adı
indi çox az-az xatırlanan adamın sәsini eşitdim. Addım sәslәri
eşitdim, o sәslәr – xәyalın vә dostun addım sәslәri bax buradan
keçdi, sәs dә ondan gәlirdi, mәnimlә danışdı, mәnә yalnız bircә
söz dedi: “Qardaş!”
Yoxsa tufan milyon-milyon sәslә danışır? – o, özündәn
soruşdu. – Yoxsa yağışdı? Yoxsa köhnә hәyat evini dolduran
zülmәtdi, sükuta dil verir, gecәlәr elә hey hәrәkәt elәyәn,
mırıldayan nәyәsә sәs verir? Yoxsa mәn qorxunun soyuq sükuta
müqavimәti nәticәsindә qayıtmışam, dönüşsә yoxdu, mәn bu
evdә yadam, burada hәtta doğma anam da mәni unudub? Ah,
doğrudanmı gecәlәr evdә hәrәkәt elәyәn qorxunun canlı, soyuq
sükutu canlı insan ürәyini keçmiş zamanların, keçmiş yaddaşın
şәffaf xәncәrlәriylә yaralayır. Sükutun, zülmәtin dili varmı?”
Yağış kimi yüngül, çәkisiz addımlar onun üzәrindәn keçdi.
– Burada kim var? – o soruşdu.
Tufan evә çırpılır, sükut da kişini bürüyürdü. Bayırda zülmәt
dolaşır, çılpaq budaqlar cırıldayırdı, evә dә zülmәt kimi gözişlәmәz
bir şey soxulmuşdu, qәfildәn kişi yenidәn onun sәsini eşitdi,
bilirdi ki, buradadı.
O, başının üstündә, çoxdan ölmüş, onun kimi unudulmuş
qardaşı Benin köhnә otağında quş tәki yüngül, kül kimi yumşaq,
yağış kimi şıdırğı olan qәribә yeriş hiss elәdi.
Yerişlә birgә dә yenә asta, tanış sәs gәldi:
– Qardaş, qardaş! Niyә qayıtdın?.. Başa düşmürsәn ki, evә
qayıtmamalıydın?!

214
   209   210   211   212   213   214   215   216   217   218   219