Page 217 - tomas
P. 217
Azğın oğulun qayıtması
peyda oldu – Yucin Köhnә Katobaya qayıtmışdı, buradan o tәrәfә
yol aşağı – Zebulona gedirdi.
Zebulon – mәhv olmuş alәmdi. Zebulon – onun ana tәrәfdәn
doğmalarına mәxsus әbәdi mülklәrin qırmızı torpaq üzәrindә
düzülmüş hecalarıdı.
Dәrhal da illәrin ardından anasının sәsi gәlib qulaqlarına
çatdı: “Oğlum, oğlum! Hardasan, ay oğlum?.. O, hara yox oldu
axı?” Onunla birgә isә zınqırovların ahәstә әks-sәdaları yamaclardan
ötüb-keçәn buludların kölgәlәritәk, qohumlarının lap çoxdan
dağlarda susmuş sәslәri kimi eşidilir. Bununla anasının öz qohum-
larıyla bağlı, uzaqda qalan yaz aylarıyla bağlı, soyuq toranlıqlar,
dizәcәn çıxan palçıqla bağlı, qürub çağında, qırmızı qәrb sәması
solğunlaşıb parça-parça olanda, palıd ağaclarında qış ulayanda
dağlarda baş verәn hadisәlәrlә bağlı bitib-tükәnmәyәn söhbәtlәrinin
xatirәlәri qayıtdı.
Elә bil aramsız tәkrar olunan ahәngiylә, onun uşaqlığının
bütün günlәrini dolduran ana sәsinin әks-sәdasıyla da bir vaxtlar
tanıdığı hәr şey: Altamontda yaşadığı köhnә evin qabağındakı
artırma, evin arxasındakı döngәdә, dal hәyәtin әtrafına çәkilmiş
çәpәrin dibindә gövşәyәn Sarı inәyin kobud, soyuq böyürtüsü,
yayda bürkülü küçәdәn buz mişarlanan vaxt çıxardığı sәs, günor-
tayacan daranmamış saçlarını yaylıqla örtәn abırlı ev sahibәlәrinin
ovulmuş ayıpәncәsi qoxusu, bir az o tәrәfdә, tindәki dayanacaqda
tramvay çarxlarının kәskin xırçıltısı, tramvay gedәndәn sonra
qalmış boşluğun sәsi, sonra dәrinin sәki üzәrindәki şappıltısı, –
bunlar günorta evә nahar elәmәyә qayıdan kişilәrdi – qapıların
tappıltısı yaddaşına qayıtdı. Evin köhnә qonaq otağının durğun,
sәrin qoxusu, qapağı örtülü fortepianonun yasaq qoxusu, çilçıraqların
cingildәyәn şüşәlәri, üzәrindә Gettisberq yaxınlığındakı döyüşün
rәsmi olan sehrli fәnәr, buxarının rәfindә, şüşә qapaqlar altındakı
mum meyvәlәr… Özü isә atasının divanında oturub kitab oxuyur,
xәyalı da Qrimm qardaşlarının nağıl alәminә, ovsunçular, gözәl
şahzadәlәr, hurilәr, pәrilәr, cırtdanlar vә uca sıldırımlar üzәrindәki
sehrli qәsrlәr barәdә fikirlәrә doğru qanadlanır.
Sonra yaddaşından ayrıca bir gün – yenә anasının sәsi boy
verdi:
217