Page 222 - tomas
P. 222
as Vulf

– Vur görüm, lәnәtә gәlәsәn! Mәn sәndәn qorxmuram!
Yucin әczaxananın qapısına doğru atılır, kimsә onun qulağına
pıçıldayır:
– Maşının daldasında gizlәnsәn, yaxşı olar, burada heç kәs
sәnә kömәk elәyә bilmәz.
Bәrk qorxuya düşmüş Yucin iki sıçrayışla açıq sәkinin bir
hissәsini adlayır, hәmin anda da birinci atәş havanı dağıdır. Güllә
düz burnunun ucundan vıyıltıyla keçir vә o, maşınların birinin
daldasında yumağa dönür. Ehtiyatla başını uzadıb görür ki,
Emmet dodaqlarında qәribә tәbәssümlә, rәqibini açılmış ovuclarının
hәrәkәtiylә çağırıb, tәhrik elәyә-elәyә dövrә vurur:
– Vur, lәnәtә gәlmiş! Yaramaz, bәdbәxt, qorxmuram sәndәn!
İkinci güllә Yucinin daldasında gizlәndiyi maşının şinini
dağıdır. O, aşağı sürünür – daha bir güllә başqa şindәn vıyıltıyla
havaya qalxır, Emmetin kinayәli, nifrәt dolu sәsi gәlir:
– Vur görüm, lәnәtә gәlәsәn sәni!
Dördüncü atәş.
– Vur, vur, mәn sәndәn…
Beşinci atәş, sonra sükut.
Bu zaman Ted Rid tәlәsmәdәn maşınlar cәrgәsinin böyründәn
keçir. Adamlar da maşınların arxasından çıxıb sakitcә soruşurlar:
– Nә olub, Ted?
Revolveri budu sәviyyәsindә, lülәsi aşağı vәziyyәtdә tutub
qaşqabaqlı halda cavab verir:
– Görmürsәn, mәnimlә mәzәlәnmәk istәyirdi.
Digәr sәslәr bir-birinә cavab verirlәr:
– Güllә harasından dәydi?
– Düz gözünün altından. O, heç nәyin dәydiyini dә bilmәdi.
– Yaxşısı budur, çıxıb gedәsәn, Ted. İndi sәni axtaracaqlar.
Elә eyni qaşqabaqlı görkәmlә:
– İmkan vermәrәm ki, o burnufırtıqlı uşaq mәnimlә
mәzәlәnsin… Bu kimdi? – Sonra Yucini tәpәdәn-dırnağacan
süzә-süzә ayaq saxladı.
Co Pentland tәlәsә-tәlәsә:
– Sәnin qohumundu, Ted… Mәnim dә qohumumdu. Hә,
bilirsәn, hәmin kitabı yazan adamdı.

222
   217   218   219   220   221   222   223   224   225   226   227