Page 224 - tomas
P. 224
as Vulf

axşam sәslәrini, vida sәslәrini – örtülәn qapıların taqqıltısı altında
“Gecәniz xeyirә qalsın!” vidalaşmasını... Uzaqlarda “Gecәniz
xeyirә qalsın!” Sonra mühәrrikin susan sәsi… “Gecәniz xeyirә
qalsın!” – ardınca sonuncu tramvay tәrpәnib uzaqlaşır, “Gecәniz
xeyirә qalsın!” – tindәki küçә fәnәrinin әtrafında dәfnә ağacının
yarpaqları xışıldayır. Tәzәdәn gecәnin sükutunda itlәrin hürüşünü,
depoda parovozların manevrlәrini, çayın kәnarında çarxların gu-
rultusunu, sәs-küyü, uzun yük qatarlarının fitini, lap uzaqlardakı
kilsәdәn külәyin әtrafa yaydığı zәif matәm zәnglәrini eşidirdi.
Sәhәrin mavi parıltılarının şәrqdәki dağların cizgilәrini necә
işıqlandırdığını görür, qulağına xoruzların uşaqlıqda min dәfәlәrlә
eşitdiyi ilk banı dәyirdi.

Zәnci mәhәllәsi dә qәtiyyәn dәyişmәmişdi: sarı, iyrәnc
tullantılarla dolu su arxı hәmişәki kimi mәhәllәnin dәrinliklәrindә
axıb gedirdi. Qoxu da hәminkiydi – su arxının üfunәtiylә zәnci
komalarından qalxan acı tüstü buğu ilә qarışmış dәmir paltaryuyan
çәnlәrin turş buğu idi. Şübhәsiz, hәmin komaların içindәn dә
eynilә donuz әti, sidik, zәnci qoxusu, zülmәt iyi gәlirdi. O, bütün
bunları xatırlayırdı – iyirmi beş il qabaq brezent ilgәyi boynuna
keçirib poçt çantasının ağırlığı altında әyilә-әyilә qәzet paylamaq
üçün zәnci mәhәllәsinә getmәsini, hәlә rәngi qurumamış son
xәbәrlәrin komaların qapılarına necә şappıldadığını yüz dәfәlәrlә
eşitmәsini, uyqulu cәngәlliklәrin dәrinliklәrindә üfunәt qoxusu
verәn qızların yuxudakı iniltilәrini duymasını minlәrlә qış sәhәrinin
qravürü kimi yadda saxlamışdı.

Bütün bunlar olduğu kimi qalmışdı. Bunlar heç vaxt
dәyişmәyәcәk. Qalanlarına gәldikdәsә – neylәmәk olar…

***

– Ey, Cim, salam! Görürәm, kökәlmisәn. İşlәr necәdi?
– Әla. Sәni görmәyimә şadam. Heç dәyişmәmisәn...
– ...Cimi görmüsәn?
– Yox. O, dünәn gәlibmiş, mәn evdә yox idim.

224
   219   220   221   222   223   224   225   226   227   228   229