Page 221 - tomas
P. 221
Azğın oğulun qayıtması
– Bura bax, Ted…
O biri daha zövqlә – qara şalvar, yaxalıqsız ağ köynәk –
geyinmişdi. Şlyapası peysәrinә sürüşdürülmüşdü, yarıyuxulu
gözlәri olan qaşqabaqlı sifәtiylә, kәllәlәşmәk istәyirmiş kimi,
ağır nәzәrlәrini irәli dikib dayanmışdı, susur, gözlәyirdi.
– Bura bax, Ted, – kombinezonlu oğlan tәkrar elәdi. –
Xoşluqla deyirәm… Sәn artıq mәni cana doydurdun… Mәndәn
әl çәk…
Yarıyuxulu gözlәri olan qaraşın, susqun, cәhәngi bir az sal-
lanmış, әzizlәnmiş uşaq kimi şıltaq, tutqun, sәrt gözәlliyi olan
oğlan rәqibini qaşqabaqlı halda gözlәdiyi, qalanlarınsa acgözlüklә
izlәdiklәri müddәtdә elә bil kәllәlәşir.
– Mәndәn әl çәk, Ted. Mәn dalaşmaq istәmirәm, әl çәk.
Qaraşın şәxs hәlә dә tutqun sükutla gözlәyir.
– Ted, kimә deyirәm… Altı il qabaq sәn mәni hәriflәyәndә
qohumların xahiş elәmişdilәr ki, unudum… Ona görә dә, heç ol-
masa, indi әl çәk… Mәn sәninlә dalaşmaq istәmirәm, Ted, amma
sәn artıq ağ elәmisәn… mәndәn әl çәk.
– Ted Ridlә Emmet Rocersdi, – Co Yucinin qulağına xırıltılı
sәslә mәlumat verir. – Yenә tutaşıblar. Altı il qabaq aralarında
dava vardı. Ted Emmeti hәriflәmişdi, o vaxtdan da hәr şәnbә
günü belә mәrәkә düzәldirlәr. Ted çox içir, dalaşmaq istәyir,
amma baş tutmur, o, heç milçәyi dә incidәn deyil. Elә gücü dә
yoxdu ki, yaramazlıq törәtsin. Uill Seqs buradadı, odu, bax, ağ
köynәkli kişi, polisdi. Uill qorxur. Amma Teddәn qorxmur. Uillin
arxasındakı ucaboy adamı görürsәn? Lüis Bleykdi. Tedin qohumudu,
Uill bax ondan qorxur. Lüis çox sәbirsiz adamdı, burada olma-
saydı, Uill tez qayda yaradardı… Bircә dәqiqә! Nәsә başlayır!
Cәld qaçış, sonra:
– Lәnәtә gәlәsәn, Ted, әl çәk!
Sonra ikisi dә camaatdan aralandı. Ted Emmetin әtrafında
fırlanır, әli budunun üstüylә geri sürüşür.
Camaatın arasından qışqırtı:
– Özünü qoru, onun tapançası var!
Tedin әlindә göyümtül metal tutqun-tutqun parıldadı, adamlar
daldalanacağın arxasına atıldılar. Rәqiblәr tәk qaldılar.
221