Page 225 - tomas
P. 225
Azğın oğulun qayıtması

– Cim Orton hәr yerdә sәni axtarır. Ed Sleyden dә, Gerşel
Bay da, Holms Benson da, Bredi Çalmers dә, Ervin Hayns da. E-e,
bu da o Cim, yanında da bütün dәstәsi.

Sәslәrin, gülüşlәrin, salamların xoru başlayır, hamısı da
sәkinin qırağında dayanan maşından tökülüşür.

– Bu da hәmin yaramaz! Ura, yaxaladıq onu... Demәli,
qayıtdın, hә? O nәdi, kitabında mәnim barәmdә yazmısan ki,
özümün bayağı mahiyyәtimi sәmimi gülüşümün arxasında
gizlәdirәm?

– Amma bura bax, Cim, mәn… mәn…
– “Mәn… mәn…”, sәni lәnәtә gәlәsәn.
– Mәn onu nәzәrdә tutmurdum…
– Nәzәrdә tutmurdun? Doğrudan, nәzәrdә tutmurdun?
– İmkan ver, izah elәyim…
– Cәhәnnәm ol, burada izahlıq nә var? Belә kitab yazmaq
fikrin vardısa, niyә mәnә demәdin? Bәzi yerlilәrimizdәn sәnә elә
şeylәr danışardım ki, ömründә eşitmәmisәn… Siz onun sifәtinә
baxın! Axır ki, әlә keçdin, dostum. Әşi, qaşqabağını sallama,
unutmuşuq artıq. Düzdü, çoxları incimişdi. Hәtta bәzilәri deyirdi
ki, sәni mütlәq tapacaqlar. Bәlkә dә, zarafat elәyirmişlәr…
Gülüş, sonra hiylәgәr sәs:
– Den Feyqanı gördün?
– Yox, nәdi ki?
– Әşi, heç nә, elә belә ağlıma gәldi. Tәkcә o…
– Әşi o, heç nә elәmәyәcәk. Heç kim heç nә elәmәyәcәk.
İndi haqqında yazmadığın adamlar incikdi sәndәn.
Yenә gülüş.
– Lәnәt şeytana, doğrudan da! Qalanları fәxr elәyirlәr. Biz
hamımız sәninlә fәxr elәyirik, oğlum. Şadıq ki, evә qayıtmısan.

***

– Aa, oğlum, salam… Sәni görmәyimә şadam… Bizdә çoxlu
dәyişikliklәr var. Sәn olmadığın müddәtdә şәhәr әmәlli-başlı
dәyişib. Yeni mәhkәmә binası da, yeni dairә şurası binası da

225
   220   221   222   223   224   225   226   227   228   229   230