Page 229 - tomas
P. 229
Azğın oğulun qayıtması

***

Evdә dә:
– Ana, mәnә zәng elәmişdilәr?
– Hә, oğlum, bütün günü zәng elәyiblәr. Heç belә şey
görmәmişdim. Syü Blek zәng vurdu, xahiş elәdi ki, gәlәn kimi
ona zәng elәyәsәn, Roy Hiçebrand da, Heyvord Bartlet dә, bir dә
Biç Hominqdәn bir qadın. Deyir, kitab yazıb, sәninlә görüşmәyә
gәlәcәk. İstәyir ki, onun kitabını oxuyub fikrini deyәsәn, hәm dә
dedi, necә elәsin ki, kitabı satılsın. Bir dә İşgüzar klubdan Fred
Patton zәng elәdi, öyrәnmәk istәyirdi ki, gәlәn çәrşәnbә axşamı
onların sәhәr yemәyindә çıxış elәmәyә razısanmı? Oğlum, boyun
qaçırma. Ordakıların hamısı hәrtәrәfli adamlardı, hörmәtlәri var.
Bundan sonra da kitab yazmaq fikrindәsәnsә, bu cür adamlarla
yaxın olmağa dәyәr… Bir dә veteranlar üçün hospitaldan kimsә
zәng vurmuşdu, bir qız idi, soyadı Leykmi, Leypmi idi, buna
oxşar bir şeydi, sәninlә Plam-stritdә eyni mәktәbdә oxuyub, indi
orada veteranlar üçün istirahәt bölmәsinin müdiridi, deyir, çoxu
kitablarını oxuyub, sәni görmәk istәyir, şәnbә günü axşam fәxri
qonaq kimi dәvәt elәyirlәr. Getsәydin, yaxşı olardı, oğul. O
yazıçıların hamısı orada, demәk olar, evdәn uzaqda yaşayırlar.
Onlara xoş olardı… Daha sonra, – doğru sözümdü! – universitetin
şagirdlәr klubundan Sem Kolton zәng vurmuşdu, istәyirdi ki,
üzümüzә gәlәn hәftә şәhәrkәnarı klubda şagirdlәrin toplanışında
çıxış elәyәsәn. Hә, az qala, unutmuşdum. Sәn “bizim Diklә” ey-
ni proqramda çıxış elәmәyә dәvәt olunmusan – Riçard A.Uilyams-
la, Birlәşmiş Ştatlar Senatının üzvüdü! Sem deyir, ikiniz dә
şәhәrimizin yetişdirdiyi әn mәşhur adamlarsınız. Hm… Bir dә
Cimmi Stivenson var, o, zәng vurmuşdu, sәni Biznesmenlәr
Assosiasiyasının Hadjertondan doqquz mil uzaqda, Bitri çayı
üzәrindәki Şarpın komasında keçirdiyi ovçu naharına dәvәt elәyir.
Mәn mütlәq gedәrdim. Orada heç olmamışam, amma deyirlәr,
Ed Şarpın koması gözәldi, dairәdә әn yaxşı komadı, Möcüzәlәr
diyarının lap mәrkәzindә, qәribә dağların arasındadı. Hәmin
diyar barәdә eşitmişәm, valideynlәrim ora doxsan il qabaq,
evlәnәn kimi çıxıb gediblәr – Zebulondan köçüblәr – amma

229
   224   225   226   227   228   229   230   231   232   233   234