Page 234 - tomas
P. 234
as Vulf

Cim uzunboy, mәnsә indiki kimi, gödәkboy idim, – düzdü,
hәmin vaxtdan bir az da balacalaşmışam, – amma ondan bir
addım da geri qalmırdım. Klinqmana saat on iki olmamış çatdıq,
ancaq gün әmәlli-başlı bişirirdi. Günortaya yaxın, saat üçdә,
ikimizi dә artıq İyirmi Doqquzuncu alaya yazmışdılar. Hәmin
alayda düz müharibәnin sonunacan xidmәt elәdim. Nә isә, hәmin
gün – on doqquz yaşında әsgәr oldum vә doğma evimi düz dörd
il görmәdim.

Bala, әmin Baxus artıq Virciniyadaydı: ondan mәktub almışdıq.
O, lap әvvәldәn On Dördüncü alayda döyüşürdü. Manassas
altındakı ilk döyüşdә iştirak elәmәyә macal tapmışdı, hәmin
vaxtdan da, mәncә, dörd il әrzindә Virciniyadakı bir irimiqyaslı
döyüşü dә buraxmamışdı, – Antyetemdәki döyüşdәn başqa;
hәmin vaxt onu yaralamışdılar, dörd ay yatmalı olmuşdu.

Artıq o illәrdә Baxus әminin din sarıdan qәribә inamı vardı, –
bunu bilirsәn. Pentlandlar yaxşı camaatdı, amma kimdәn istәyirsәn
soruş: din mәsәlәsindә bir az başdanxarabdılar. Bu xasiyyәtlәri
çoxdan mәlumdu. Elә Bak da belәydi. O onda rassellit1 olmuşdu
artıq; hesab elәyirdi ki, dünyanın sonu yaxındı, hәmin mәsuliyyәtli
mәqamı әldәn vermәyә çox qorxurdu. Onun nәzәriyyәsi belәydi.
Hәlә müharibәdәn qabaq yorulmadan peyğәmbәrlik elәyir, mәhşәr
gününü vәd edirdi, müharibә başlananda Bak dәrhal anladı ki,
bu, elә hәmin mәhşәr günüdü.

Nә demәk olar! O, bu müharibәni heç bir vәchlә buraxa
bilmәzdi. Bak müharibәyә yankilәri öldürmәk üçün getmәmişdi.
O, heç kimi öldürmәk istәmirdi. Uşaq kimi yumşaqqәlbli, şir
kimi dә cәsur adam idi. Uşaqlar sonralar Gettisberq yaxınlığında
ona rast gәldiklәrindәn danışırdılar: Bak daş daldalanacaq
arxasından atәş açırmış, tüfәng dә elә qızırmış ki, yerә qoyub
әllәrini şalvarına sürtmәli olurmuş – ovuclarının içi tamam suluq-
layıbmış. O, Zәbur nәğmәlәri oxuyanda göz yaşları çay kimi
axırmış – düzü, bilmirәm, doğrudur, ya yox, – hәr atәşlә dә yeni
nәğmә başlayırmış.

1rasselit - Yeqova şahidlәri cәmiyyәtinin üzvü. Onlar İsayla İblis arasında
gәlәcәkdә baş verәcәk müharibәyә inanırlar.

234
   229   230   231   232   233   234   235   236   237   238   239