Page 231 - tomas
P. 231
Azğın oğulun qayıtması
qanacaqlı danışır, hәmin bleklilәr elә adamlardandılar ki, tanış
olmağa dәyәr… Sonra da cürbәcür qızlar zәng vurmuşdular,
guya eşidiblәr ki, sәnә makinaçı lazımdı, öz xidmәtlәrini tәklif
elәyirdilәr, inandırırdılar ki, yaxşı yazırlar. Biri deyir, havayı
işlәmәyә hazırdı, deyir, yazıçı olmaq istәyir, sәndәn çox şey
öyrәnә bilәr, bu, ondan ötrü ilhama oxşar bir şeydi. Hә, mәn
onunla haqq-hesabı tez kәsdim, buna bax, havayı işlәmәk istәyir,
üstәlik dә, ilhamdan danışır. Aydındı ki, belәsinә nә lazımdı,
ehtiyatlı ol, oğul, yoxsa bir sarsaq qız sәni dә tora salar… Bir dә
bilirsәn, kim gәlmişdi? Keş Hopkins, sәni soruşurdu. O, әlbәttә,
adi fәhlәdi. Bir vaxtlar atanın yanında işlәyirdi, atan ona yaxşı
münasibәt bәslәyirdi, bizim dostumuz idi, hәmişә hamınızla
maraqlanıb. Mister Higgenson da gәlmişdi, yepiskopluğun keşişidi,
bura bir neçә il qabaq iqliminә görә gәlib – öküz tәki sağlamdı,
lap әvvәldәn sәnin tәrәfini saxladı. Bütün vaizlәrimiz sәni söyәndә,
deyәndә ki, hәlә bir qayıt, gör sәni öldürürük, ya yox, o, sәni
müdafiә elәyirdi! Sәnә tәrәf çıxırdı! Bütün yazdıqlarını oxuyub
dedi: “Bu oğlan keşiş olmalı idi. Onun kitablarında cәmi
vaizlәrimizdә olandan daha çox hәqiqi etiqad var”. Hә, arxanda
dağ kimi dayanmışdı. Deyir, günaha batan o deyil, bizik! Ona
görә dә, oğul, onunla yaxşı davran, necә deyәrlәr, savadlı adam,
xeyirxah xristiandı… Bir dә, ilahi, necә unutdum axı? Heyif ki,
sәn yox idin, mәnsә, düz sözümdü, qәhqәhә çәkib gülmәmәk
üçün üzümü çevirmәli oldum… Kim? Ernest Peqramın şәxsәn
özü, yepyekә avtomobildә, tәptәzә “kadillak”da donuz kimi kök
görkәmlә oturub, ağzındansa bax bu cür siqar sallanır. Hә dә,
indi çox varlıdı axı. Bilirsәn, Uill Peqram iki il qabaq haradasa
Şimalda öldü, varlı adamdı, nüfuzlu bir korporasiyada böyük
mәmur idi. O, peqramlardan biriydi, buradan getmişdi. Amma
yazıq Uill! Mәn axı onun buradan necә çıxıb getdiyini xatırlayıram.
Qırx il әvvәl elә hәmin korporasiya Uillә ştatın şәrq hissәsindә
işlәmәyi tәklif elәdi, o isә, necә deyәrlәr, şahin kimi lümlüt idi.
İki il әvvәl öldü, iki milyon dollar kapital qoyub getdi. Elә buna
görә dә imkanlıdılar. Uillin uşağı yox idi, hamısı qardaş-bacılarına
qaldı. O, Ernestә nә az, nә çox, düz yüz min dollar vәsiyyәt
elәyib. Gop deyil, qәzetlәrdә oxumuşam, üstәlik, Ernestin özü dә
231