Page 233 - tomas
P. 233
ÇİKAMOQA

Min sәkkiz yüz altmış birinci il avqustun yeddisindә on
doqquz yaşım vardı. Bu ilin yeddi avqustunacan yaşaya bilsәm,
doxsan beş yaşım tamam olacaq – bu günün dә elә gözәl sәhәri
var ki, mövqelәrimi әldәn vermәk niyyәtindә deyilәm. Mәncә,
indi sәnә aydındı ki, o vaxtdan çox sular axıb.

Mәn bir qәdәr şimalda, Toy-Riverdәki Çeşmәlәrdә, min
sәkkiz yüz qırx ikinci ildә doğulmuşam. Oğlan, sәnin baban da
elә orada doğulub – min sәkkiz yüz iyirmi doqquzuncu ildә.
Atamız Bill Pentland – baban düşür, – hәmin diyarlara çoxdan,
inqilabdan dәrhal sonra gedib, Toy-Riverdәki Çeşmәlәrdә mәskәn
salıb. Ümumiyyәtlә, hindular oranı “Estatou”, ağlarsa qısaca
“Tou” adlandırırdılar; o ad bu günәcәn o cür dә qalıb.

Aydın mәsәlәdi, hәmin vaxtlar orada yalnız hindular yaşayırdı.
Eşitmişәm ki, çerokilәr atam Bill Pentlanda içindә bәzilәrimizin
doğulduğu o evi tikmәkdә kömәk elәyiblәr. Hәlә onu da eşitmişәm
ki, Bill Pentlandın babası Amerikada inqilabdan әvvәl mәskәn
salıb: oraya Şotlandiyadan iki qardaşıyla gәlib. Bütün Amerika
pentlandları bax buradan yaranıb. Ona görә dә haradasa Pentlanda
rast gәlsәn, әmin ol ki, o üç nәfәrdәn birinin varislәrindәndi.

Hә, belә çıxır, min sәkkiz yüz altmış birinci il avqustun
yeddisindә on doqquz yaşım vardı. Hәmin gün sәhәr saat sәkkizin
yarısında evdәn çıxıb elә piyada düz Klinqmana yollandım. Cim
Viver әvvәlki günün axşamı Biq-Xikoridәn gәlmişdi, – orada
yaşayırdı, – mәnim yanımda gecәlәdi. Sәhәrsә birgә yola düşdük.
O, әn yaxın dostum idi. Cimlә bir yerdә böyümüşdük, indisә,
Allah bilir, nә qәdәr uzun, tozlu yolların birinә çıxmalıydıq –
düzdü, o sәhәr hәlә bundan xәbәrimiz yox idi.

Klinqmana qәdәr düz iyirmi mil idi, – mәncә, indiki cavanlardan
ötrü iyirmi mil çox uzun mәsafә deyil. Amma onda hesab
elәyirdik ki, bu, boş şeydi. Hamımız әla yolçu idik. Elә hәmin
Cim Viver bütün günü yol gedә, bir dәfә dә olsun, dincәlmәk
üçün dayanmaya bilәrdi.

233
   228   229   230   231   232   233   234   235   236   237   238