Page 230 - tomas
P. 230
as Vulf

orada çox yaşamayıblar, doğma yurdlarına dönmәk istәyiblәr,
yaxşı yerdi, tәbiәtin lap qәlbindәdi, yanında da Köhnә Kraqi
meyxanası. Yazıçı olsaydım, ilham almaq istәsәydim, bax ora
gedәrdim. Necә deyәrlәr, tәbiәtә yaxın olan – Allaha yaxındı…
Belә… Bir dә Tennessidәn iki cavan oğlan zәng elәmişdi, dedilәr,
Bleklinin uşaqlarıdılar. Yәqin, Bleklinin konserv zavodları barәdә
eşitmisәn, deyirlәr, az qala, üç dairәdәki bütün fermalar, bütün
Tennessidәki zavodlar, ondan o tәrәfdәki, cәnubdakı, Orta Qәrbdәki
zavodlar da onlara mәxsusdu. O zavodların qiymәti milyonlarla
dollardı. Sәsindәn lap uşaqdı, amma elә hiylәgәrcәsinә danışır
ki. Deyir: “Miss Deliyadı?” – kitabında mәnә verdiyin addı,
yadında qalıb. Hә, mәn onu doladım, deyirәm, bilmirәm, adım
Elizadı. Eşitmişәm ki, mәnә Deliya deyirlәr, deyirәm, oxuduğun
hәr şeyә inanma. Nә bilirsәn, bәlkә, mәn dә hamı kimi adi
adamam: bax heç olmasa, bu sәhәr, deyirәm, güzgüdә özümә
çox diqqәtlә baxdım, buynuzum olsaydı, görәrdim, amma
görmәdim. Әlbәttә, qocalıram, gözlәrim dә, ola bilsin, әvvәlki
tәki deyil, amma siz ki cavansınız, gözlәriniz dә sağlamdı, ona
görә dә gәlib baxar, fikrinizi söylәyәrdiniz. O isә telefonda
qәhqәhә çәkib güldü, deyir: “Hә, yaman dediniz. Afәrin! Mәnsә
yazıçı olmağa çalışacağam – atam pomidorlarımı әbәs yerә
konservlәşdirmir – hәm dә belә hesab elәyirәm ki, oğlunuz әn
yaxşı yazıçılarımızdan biridi”. Hә, mәn, әlbәttә, qaşımı da
tәrpәtmәdim. Atam hәmişә bizә deyirdi ki, malik olduqlarınla
qürrәlәnmәk bayağılıq, tәrbiyәsizlikdi, ona görә mәn dә dedim
ki, bunu bilmirәm. Amma siz, deyirәm, gәlin, onu görün. On iki
yaşına qәdәr, deyirәm, hamı kimi yaxşı, normal oğlan idi. Bilirsәn,
onunla zarafat elәmәk istәdim, dedim, bundan sonra bilmirәm nә
baş verdi, sonrasına cavabdeh deyilәm. Amma gәlin, deyirәm,
özünüz görәrsiniz. Ola bilsin, tәәccüblәnәcәksiniz. Bәlkә,
görәcәksiniz ki, onun da buynuzları yoxdu. O, bәrkdәn qәhqәhә
çәkib gülür, deyir: “Hә, afәrin. Mәn indi sizi sözünüzdәn
tutacağam. Sabah qardaşımla sizin tәrәflәrdә olacağıq, onu da
özümüzlә aparacağıq. Eşitdim ki, oğlunuza koma lazımdır, artıq
komam da var”. Hә, әlbәttә, sәn bunu özünә rәva görmәzsәn,
oğlum, amma ümumiyyәtlә, o adamlarla mehriban ol. Oğlan

230
   225   226   227   228   229   230   231   232   233   234   235