Page 228 - tomas
P. 228
as Vulf
– Әşi, mәn…
– Hә, de görәk! Mәnә bax, o kitabda sәnә kim “Coko” deyir-
di?
– Hә-ә, Sid! Sidni Pertl!
– Ah, lәnәt şeytana, axır ki!
– Sid, necәsәn? Lәnәt şeytana, mәnimlә danışan kimi, sәni
dәrhal tanıdım.
– Danış!
– Әvvәlcә tanıya bilmәdim… Ah, hello, Karl. Hello, Vik.
Hello, Harri, Dok, Ayk…
Kimsә paltosunun qolundan çәkdi, o geri çevrildi.
– Bәli, mem?
Qadın süni dişlәri arasından, az qala, dodaqlarını aralamadan,
saxta ciddiyyәtlә, tәlәm-tәlәsik, nöqtә-vergülsüz dillәndi:
– Yucin, siz mәni, әlbәttә, xatırlamırsınız, mәn Lonq Uilsonun
anasıyam, siz onunla Plam-stritdәki mәktәbdә oxumusunuz.
Müәlliminiz miss Lizi Mudi idi, siz dә…
– Hә, әlbәttә, miss Uilson. Lonq necәdi?
– Yaxşıdı, tәşәkkür elәyirәm. Sizi indi lәngitmәyәcәyәm,
görürәm, dostlarınızlasınız, әlbәttә, sizi hamı görmәk istәyir,
dincәlmәyә macalınız yoxdu, amma boş olduğunuz bir vaxtda
sizinlә söhbәtlәşmәk istәrdim. Gәlinim çox istedadlıdı, heykәllәri
bәzәyir, pyeslәr yazır, sizinlә tanış olmaq istәyir. Kitab yazıb,
deyir, hәyat tәcrübәsi sizinkinә çox oxşayır, şübhәsiz, onunla
çoxlu oxşar cәhәtlәriniz var. Siz görüşmәli, danışmalısınız.
– Ah, mәmnuniyyәtlә, miss Uilson, mәmnuniyyәtlә.
– O, әmindi ki, siz onunla söhbәt elәsәniz, kitabıyla bağlı
bәzi mәslәhәtlәr verә, naşir tapmaqda kömәk elәyә bilәrsiniz.
Bilirәm, başınıza bu qәdәr adam yığışıb, bir dәqiqә boş vaxtınız
yoxdu, amma onunla söhbәt elәsәydiniz…
– Hә, mәmnuniyyәtlә…
– O, çox maraqlı xanımdı, imkan tapıb bizә gәlsәydiniz,
bilirәm…
– Hә, mütlәq. Çox sağ olun, miss Uilson. Mütlәq, mütlәq.
228