Page 235 - tomas
P. 235
Çikamoqa

Sәnә onu da deyim ki, çoxlu düşmәn öldürmüşdü, çünki
Bakın әlindә tüfәng olanda güllәsi hәdәfdәn yayınmırmış.

Amma xeyirxah adam idi. Heç milçәyi dә incitmәzdi. Mәncә,
müharibәyә yalnız Armageddona1 yetişmәk üçün getmişdi.
Neylәyәsәn, onun nәzәriyyәsi dә belәydi. Müharibә özünü
yetirәndә Bak dedi: “Hә, budur, başladı, fürsәti әldәn vermәk
olmaz. Vaxt yetişdi, tezliklә Yer üzәrindә Allahın sәltәnәti
qurulacaq, Allah da, әvvәlcәdәn söylәndiyi kimi, qoyunları sağa,
keçilәri sola ayıracaq – mәn bu imkanı qәti qaçırmaram”.

Aydın mәsәlәdi, Allahın hansı tәrәfindә duracağını soruşmadıq,
çünki bunu, onsuz da, bilirdik. Bak qoyunların arasında olacaq –
әn azı, onun nәzәriyyәsi belәydi. Bu nәzәriyyәsinә ölәnәcәn
sadiq qalmışdı. On il qabaq öldü. Ömrünün axırınacan da
peyğәmbәrlik elәdi, Mәhşәr gününün olacağını dedi. Әtrafında
nә baş versә dә, nә qәdәr yanılsa da, heç nә ona tәsir göstәrmirdi.
Әvvәlcә deyirdi, bu müharibә elә Armageddondu. Öncәgörmәsi
çin olmayanda danışmağa başladı ki, dünyanın axırı sәksәninci
illәrdә yetişәcәk. Bu da düz çıxmayanda isә hәmin günü doxsanıncı
illәrә keçirdi. Min doqquz yüz on dördüncü ildә yeni müharibә
başlayanda, bütün dünya o müharibәyә qoşulanda Bak, әlbәttә,
әmin idi ki, nәhayәt, Armageddon baş verdi.

Axır nәticәdә nә olur-olsun, Bak öz xәttini yeridir, sәhvlәrini
dә boynuna almırdı. Ancaq bunu deyәrdi: “Hesablamalarda sәhv
buraxmışam, indi hәr şey aydındı, gәlәn dәfә yanılmaram”. O,
axıracan da belә qaldı.

Onun ölümündәn xәbәr tutanda gülmәliydim: axı Bak
fikirlәşirdi ki, insan ölәndәn sonra başına min il heç bir şey
gәlmir. Demәli, qәbirdә özünçün uzanıb İsanın nә vaxt gәlәcәyini,
sәni dirildәcәyini gözlәyә-gözlәyә köpürsәn. Bax buna görә gül-
mәliydim. Bakın o biri gün sәhәr oyanıb, artıq göylәrdә olduğunu
görmәsinә şahidlik elәmәk üçün heç nәyimi әsirgәmәzdim. Heç
nәyi әsirgәmәzdim, tәki onun sir-sifәtinә baxaydım. Bir qәdәr

1Armageddon – Mәhşәr günü

235
   230   231   232   233   234   235   236   237   238   239   240