Page 240 - tomas
P. 240
as Vulf
bәrpa olundu, ayaqlarımın altında torpağı tәzәdәn hiss elәdim,
hәmin vaxt dәrrakәdәn, xeyirxahlıqdan mәhz ona görә sui-istifadә
elәyә bilmәzdim ki, çoxlu әzab-әziyyәt görmüşdüm. Başım indi
daha yaxşı işlәyirdi, bu cür hәyat tәcrübәsiylә hәr şeyi çox
asanlıqla öyrәnәrdim. Bununla belә, müharibәdәn sonra gözlәyә
bilmәdim. Düşünmürdüm ki, nә vaxtsa әvvәlki kimi olacaq. Sa-
dәcә әldәn düşmüşdüm.
Hә-ә, Lokast-Hep stansiyasına dörd günә çatdıq, oradan da
bizi qatarla Riçmonda göndәrdilәr. Riçmonda hava işıqlaşanda
yetişdik, hәlә dә düşünürdük ki, bizi şimala yola salacaqlar –
Linin ordusu oradaydı. Amma sәhәri gün qәrbә doğru hәrәkәt
elәmәk haqda әmr aldıq. Kentukkidә döyüşlәr gedirdi; orada
bizimkilәrin işi çәtin idi, biz dә şimallıların ordusunu Kamberlend
çayı yaxınlığında dayandırmalıydıq. Elә onda da qoca Virciniyayla
vidalaşdım. Hәmin vaxtdan yalnız qәrbdә vә cәnubda döyüşürdük.
İyirmi Doqquzuncu alayımız әvvәldәn-axıracan orada qaldı.
Altmış ikinci ilin yazınacan böyük döyüşlәrdә iştirak elәmirdik.
Bunsuz isә әsl әsgәr ola bilmәzsәn. Hәmin vaxtacan yalnız
Tennessi vә Kentukkidә kiçik toqquşmalar baş vermişdi. Qışda
çöldә soyuğun, külәyin, yağışın nә demәk olduğunu öyrәndik;
cüzi sәfәr payıyla kifayәtlәnib, ac qalmağın nә olduğunu anladıq,
kәmәrimizi daha bәrk çәkmәyә alışdıq. Bax onda müharibәnin
әylәncәli gәzinti olmadığını dәrk elәdik. Vaxtımızı boş keçirmә-
mişdik, amma hәlә әsgәr deyildik. Әsgәr olmaq üçün böyük dö-
yüşdә iştirak elәmәk lazım gәlirdi, onu görmәmişdik. Altmış
ikinci ilin әvvәlindә, az qala, kәlәyә düşmüşdük. Bizi Donelsonu
mühasirәdәn qurtarmaq üçün göndәrdilәr, amma gör başımıza nә
gәldi: ora gedib çatmamış, Donelson artıq alınmışdı! İndi hәmin
әhvalatı sәnә danışaram.
Donelsonu general Qrantın qoşunları mühasirәyә almışdı,
qoca qәssab şәhәrә girәnәcәn ora yetişmәk lazım idi. Cәmi yeddi
mil yolumuz qalmışdı, gün dә axşama yaxınlaşırdı – keçid çәtin
idi. Dincәlmәyә dayanmaq barәdә әmr aldıq. Elә bu vaxt da atәş
sәslәri eşitdim, anladım ki, Donelson süqut elәyib. Döyüş gurultusu
yox idi. Kilsәdәki kimi sükut vardı. Yolun kәnarında oturmuşduq,
240