Page 241 - tomas
P. 241
Çikamoqa
top mәrmilәrinin gurultusu gәldi. Beş dәfә, fasilәlәrlә, bax belә:
bom! bom! bom! bom! bom! Özümә gәlәndә Cimә tәrәf dönüb
dedim:
– Vәssalam, gәlib çatdıq! Bu, Donelsondu – alınıb!
Kapitan Bob Saunders isә mәnә inanmadı:
– Yaxşı görәk!
– Bilirsәn, – Cim dillәndi, – ümidvaram ki, o, haqlıdı. Mәnә
qalsa, lap bu lәnәtә gәlmiş müharibә alt-üst olsun. Evә qayıtmağa
hazıram.
– O, sәhv elәyir, – kapitan Bob etirazını bildirdi, – mәrc
gәlirәm ki, düz demir.
Nә olar, bu, mәnә sәrf elәyirdi. Onda, ümumiyyәtlә, mәndә
qәribә bir şey – müharibәnin lap әvvәlindәn axırınadәk – baş
verirdi. Zarafatla kәlәk qurulanda, kart oynanılanda, mәrc gәlinәndә
mütlәq orada olurdum. Mәrc gәlәrdim ki, qırmızı – yaşıldı, gecә –
gündüzdü. Hәtta hündür bir ağacın başında qız görsәydim, o, heç
asqırmağa macal tapmamış, artıq orada olardım! Bütün müha-
ribәni dә belәcә qaldım. Hәyatımda müharibәyәcәn dә, mühari-
bәdәn sonra da nә mübahisә elәmiş, nә kart oynamışdım, amma
müharibә vaxtı hәr şeyә hazır idim.
– Nә qәdәr qoyursan? – soruşdum.
– Dübbәdüz yüz dollar qoyuram, – Bob Saunders dedi, sonra
ağzını açmağa macal tapmamışdı ki, әl tutuşduq.
Pulları qoyduq, Cimsә onları saxlamaq üçün götürdü. Heç
yarım saat da keçmәdi ki, o tәrәfdәn bir atlı çapa-çapa gәlib
xәbәr verdi: geri qayıtmaq olar, Donelson süqut elәyib.
– Mәn nә demişdim? – kapitan Saundersә baxıb pulları
cibimә qoydum.
Oh, onu nә qәdәr әlә saldıq. Sir-sifәtini bir görәydin – lap
qoyuna oxşayırdı. Amma mәğlubiyyәtini boynuna aldı, neylәyә
bilәrdi axı?
– Sәn haqlıydın, – cavab verdi. – Uduş sәnindi. Amma qulaq
as, gör nә deyirәm, – bir dәstә kağız pul çıxardı, – axırıncı yüz
dollarımdı, bu pulları qoyub kart çәkmәyi tәklif elәyirәm, kimә
böyük kart çıxsa, o da udub!
Etiraz elәmәdim. Öz yüzlüyümü banka şappıldadıb dedim:
241