Page 246 - tomas
P. 246
as Vulf

***

Hәmin ilin yazında vә yayında Qoca Rozi bütün Tennessidәn
keçib arxamızca gәlirdi.

Altmış ikinci ilin axırında onu dayandıra bildik: Qoca Rozini
Stounz-Riverdә әzişdirdik. Onu darmadağın elәdik. Altı ay Mer-
frisboroda qaldı. Amma bilirdik ki, gәlәcәk. İyunun әvvәlindә
yenә hücuma keçdi, bizi Şelbivilldәn vurub çıxardı. Sellәmә
yağış altında – ömründә belә yağış görmәmisәn – Tallaxomaya
geri çәkildik. İyunun son hәftәsindәki yağışlar dәhşәtliydi. Buna
baxmayaraq, Rozi bizi tәqib elәyirdi.

O, bizi Tallaxomadan da vurub çıxardı. Kamberlenddәn keçib
getdik, dağların arxasına geri çәkildik, amma Rozi dabanbasma
arxamızca gәlirdi.

Mәncә, döyüşdә neylәmәk lazım gәldiyi aydın olanda daha
çevik hәrәkәt elәyә bilirsәn. Amma plan qurmaqda Qoca Rozi
birinciydi. Әsl tülküydü. Fәrasәtdә heç kәs onunla bәhsә girә
bilmәzdi.

Breqq onun Tennessidәn keçmәsinә mane olmaq üçün Çat-
tanuqada gözlәdiyi müddәtdә Rozi öz adamlarının bir hissәsini
çay boyunca qırx mil yuxarı göndәrdi. Onlar ora-bura gedirdilәr,
әtraf da tәpәlәr idi, sonra yenә gözlәrimizin qabağındaca geri
qayıdırdılar – ümumiyyәtlә, elә görünürdü ki, orada yankilәr
hәm var, hәm yoxdu. Amma, Allahım! Bütün bunlar yalnız
tәlәymiş! Rozi әsgәrlәrә mişarlamağı, çәkiclәrlә taqqıldatmağı,
qayıqlar düzәltmәyi, şeypur çalmağı, tәbil döymәyi, qısası, var
güclәriylә sәs salmağı tapşırmış, özü isә bütün bu müddәt әrzindә
oradan әlli mil uzaqda, Çattanuqadan on mil aşağıda dayanmışdı,
çayı keçmәyә hazırlaşırdı. Bax Rozi belә Roziydi.

Çattanuqaya iyulun әvvәlindә gәldik, iki ay gözlәdik. Rozi
hәlә bizi haqlamamışdı. Bizә yetişmәk üçün hәlә Kamberlendi
keçmәli, öz adamları vә arabalarıyla tәpәlәrin, yarğanların
yanından ötmәliydi. İyul başa çatdı, ondansa xәbәr çıxmırdı.
“İlahi, – Cim deyirdi, – bәlkә, gәlmәyәcәk!” Bilirdim ki, gәlәcәk,
amma Cimә bir söz demirdim.

246
   241   242   243   244   245   246   247   248   249   250   251