Page 247 - tomas
P. 247
Çikamoqa
Cimsә başqa mәsәlәdi. Marta Petonla görüşdәn sonra әmәllicә
dәyişmişdi. Mәncә, Martanı görәn andan müharibәni, ordunun
әzab-әziyyәtini lәnәtlәyirdi. Hәmin vaxtdan yalnız bir fikirlә
yaşayırdı: evә qayıdıb o qızla evlәnmәk. Poçt gәlәndә Cim
mәktub növbәsindә birinci olurdu: qızdan mәktub alanda, Ay
adamı kimi bir kәnara çәkilirdi. Mәktub olmayanda harasa çıxıb
gedir, tәk-tәnha otururdu: halı elә pislәşirdi ki, kimsәylә danışmaq
istәmirdi. Uşaqlar Cimi elә hey nә haqdasa düşünәn, narahat
olan, tәk qalmaq istәyәn qәribә – adamayovuşmaz adam sayırdılar.
Hә, elә tezliklә dә Cimi rahat buraxdılar. Uşaqlar dostuma o
qәdәr dә rәhm elәmirdilәr – axı işin nә yerdә olduğunu axıracan
bilmәdilәr, xәbәr dә tutmadılar ki, Cim, әslindә, onların güman
elәdiklәri kimi deyil. Bütün bunların sәbәbi yalnız bu idi ki, Cim
ümidsizcәsinә vurulmuşdu – dünyada heç kim belә sevә bilmәzdi.
Nә deyәsәn axı! Mәn ki bilirdim! Mәsәlәnin nә yerdә olduğunu
ilk gündәn bilirdim.
Tәәccüblüdü, müharibә insanı yaman dәyişir. Müharibәyәcәn
mәn ciddiydim, Cimsә avaraydı.
Zәnnimcә, hәddәn çox işlәdim. Çox kasıb idik. Müharibәyә
qәdәr, az qala, boş vaxtın nә demәk olduğunu bilmәdim. Müharibә
başlayandan sonra yalnız qarşıda mәni gözlәyәn kef, әylәncә
barәdә düşünürdüm; sonra – bunun nә demәk olduğunu bilәndәsә
dәrhal alışdım, heç nә vecimә deyildi.
Hәmişә uyğunlaşmağı bacarmışam. Ola bilsin, burada da elә
bunun nәticәsindә oturmuşam. Baş sındırmağı sevmirdim, hansı
çәtinliklәrlә üzlәşmәli olurdumsa, hәmişә fikirlәşirdim: bir halda
ki başqaları dözürlәr, mәn dә dözәrәm. Sabahsa qoy öz qayğısına
qalsın. Belә hesab elәyirәm ki, mәni nikbin adam saymaq olar.
İşlәr pis gedәndә hәmişә fikirlәşirdim ki, bundan da pis ola
bilәrdi, lap pis olandasa ürәyimә salmırdım, hesab elәyirdim ki,
keçib-gedәr, hәr şey düzәlәr nә vaxtsa.
İşlәr lap pis gedәndә, yaxşılaşacağına heç bir ümid qalmayanda
isә mәhz heç nәyi vecinә almamağın mümkünlüyünü başa
düşürdüm. Sabahkı gün barәdә fikirlәşmәdәn uzanıb sakitcә
yuxuya gedirdim, çünki sabah nә olacağını bilmirdim, ona görә
247