Page 249 - tomas
P. 249
Çikamoqa
Hәmin yay Rozi bizi Tennessinin aşağı hüduduna doğru
sıxışdırdı. Hissәmizi Şelbivilldәn vurub çıxardı, biz dә Tallaxomaya –
aşırıma sarı geri çәkildik. Kamberlenddәn keçәndә Cimә dedim:
“Bizi haqlamaq üçün dağlardan keçmәli olacaq. O saat da tәlәyә
düşәcәk. Breqq dә elә bunu gözlәyir. Bu dәfә ona göstәrәrik, –
dedim, – onda bir salamat yer qoymarıq. Milad bayramınacan
evdә olacağıq, Cim, bax görәrsәn”.
Cimsә elәcә mәnә baxdı, başını bulayıb dedi: “İlahi, ilahi, bu
müharibәnin bitәcәyinә inanmıram”.
Bunu yankilәrdәn qorxduğuna görә elәmirdi – bәlkә, elә
buna görә dә pәlәng kimi döyüşürdü. Cim döyüşdә sanki ağlını
itirirdi. O, risqә gedir, elә oyunlar çıxarırdı ki, kiminsә belә riskә
getdiyini görmәmişdim. Amma mәncә, bu, sadәcә ümidsizlik
idi. Axı müharibәyә nifrәt elәyirdi. Cim başqaları kimi müharibәyә
alışa bilmәmişdi. Fikrimcә, hәlә dә yaşamaq istәyirdi. Hәm dә
çox istәyirdi, çünki sevirdi.
…Rozi, nәhayәt, bizi Kamberlendin o tәrәfinә sıxışdırdı.
İyulda artıq Çattanuqada dayanmışdıq, bir neçә hәftә dә hәr şey
sakit keçdi. Amma Rozinin izimizlә gәldiyini yaddan çıxarmırdım.
O, avqustun axırına yaxın peyda olub bizi yenә sıxışdırmağa
başladı. Arabalarını Kamberlenddәn keçirdi: yollar pis idi, üstәlik,
yağış yağırdı, arabalar da çarxınacan palçığa batdı. Ancaq Rozi
bunun da öhdәsindәn gәlib vadiyә endi, tәpәlәrdәn aşdı, sentyabrın
әvvәlindә yenә arxadan hücum elәdi.
Çattanuqadan ayın sәkkizindә çıxdıq. Dәstәlәrimiz şәhәri
hәlә tәrk elәmәmişdilәr. Rozi isә şәhәrә o biri tәrәfdәn girdi. Biz
çayla aşağı, dağın arxasına – cәnuba doğru endik, Rozi dә elә
bildi ki, dәstәmizi yürüş zamanı yaxalayıb. Amma bu dәfә onu
aldatdıq. Qarşılaşma üçün hәr şeyimiz hazır idi, yer seçib
gizlәndik. Qoca Rozi arxamızca gәlirdi. O, çay boyunca bizi
haqlamaq üçün Makkuku cәnuba göndәrdi. Fikirlәşdi ki, qәfil
yaxalayacaq, amma Makkuk heç kimi tapmadı. Biz şәhәrin cәnub
tәrәfindә, Çikamoqa çayı üzәrindә dayanmışdıq. Makkuksa çox
uzağa getdi. Tomas şimaldan sıxışdırırdı, Makkuk onun yanına
qayıtmağa cәhd elәyәndәsә yol artıq kәsilmişdi. Onlar yalnız
döyüşmәyә mәcbur idilәr, yoxsa birlәşә bilmәzdilәr.
249